Bakıda 250 000 manatlıq qaz borusu oğurlanıb.
DİN-in mətbuat xidməti xəbər verir ki, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə Türkan qəsəbəsi ərazisində yerləşən, istismarda olmayan bir istixanadan 250 000 manat dəyərində 2 000 metr qaz borusunun kəsilərək oğurlanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 9 nəfər müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.