Bakıda polis polkovniki qətlə yetirildi
25-09-2020, 20:29
96

Bakıda polis polkovniki qətlə yetirildi

Sentyabrın 24-də Bakının Nərimanov rayonu ərazisindəki evində qətlə yetirilən Tahir Tağıyevin ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub.
T.Tağıyev uzun müddət daxili işlər orqanlarında çalışıb. O, paytaxtın Nərimanov və Binəqədi rayon polis idarələrində müxtəlif vəzifələrdə, o cümlədən iki polis bölməsində rəis olub. T.Tağıyev polis polkovniki olub və bir neçə il öncə yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
Məlumata görə, T.Tağıyev hadisə zamanı evində tək olub. Naməlum şəxs və şəxslər evə daxil olaraq ona kəsici-deşici alətlərlə qol, boyun və kürək nahiyələrindən çoxsaylı xəsarət yetirməklə öldürüb. T. Tağıyevin meyiti hadisədən təxminən 1 saat sonra yaxınları tərəfindən mənzilin döşəməsində aşkar edilib.
İlkin məlumata görə, T.Tağıyev qisas məqsədilə qətlə yetirilib.
Xatırladaq ki, qətlə yetirilən T.Tağıyev Xətai rayonunun sabiq prokuroru Yusif İldırımzadənin qardaşı Yunis İldırımzadənin qaynıdır. Yunis İldırımzadə fəaliyyəti dayandırılan "Amrahbank" ASC-nin İdarə Heyətinin sədri olub.
Qeyd edək ki, T.Tağıyev sentyabrın 24-də axşam saatlarında Bakının Nərimanov rayonu, İ.Dadaşov küçəsi, 57a saylı binadakı mənzilində xüsusi amansızlıqla qətlə yetirilib.(Trend)

Oxşar xəbərlər

Yusif İldırımzadənin qaynı qətlə yetirilib
Bakıda gənc qonşusu tərəfindən qətlə yetirildi
Nazir rəisi müavin TƏYİN ETDİ
"Nərmin 4 aylıq hamilə olub, qətli buna görə törədiblər" - Sensasiya
Nazir 43-cü bölmənin rəisi və 4 əməkdaşını İŞDƏN ÇIXARDI
Gecə moteldə qətl - ər arvadını bıçaqla qətlə yetirib
Nazir onu bu bölməyə rəis TƏYİN ETDİ
Rafael Ağayevə yeni vəzifə verildi
Bakıda qətl törədilib
Bakıda “Topaz”a oyuncaq tapanca ilə basqın olundu
Bakıda qadını zorakılıqla qətlə yetirən 3 nəfər saxlanıldı
"Bandotdel" əməliyyat keçirdi - SAXLANILANLAR VAR
Paytaxtda qonşuların davası bıçaqlanma ilə bitdi
Bakıda moteldə arvadını öldürən şəxs barəsində qərar verildi
Gəncədə müəllimi öldürdülər
Abşeronda ər və arvad bellə döyüldü
Lotu Qulini öldürən Xan bu hala salındı - Foto
Bərdədə ana-bacısını öldürən şəxslə bağlı – Yeni xəbər
“07” ilə "avtoşluq" edən dostlar saxlanıldı - FOTO
Qadını öldürüb, anasını bıçaqlayan şəxs saxlanıldı
Vilayət Eyvazov polis kapitanını rəis təyin etdi
Bərdədə polis əməkdaşı vətəndaşın həyatını xilas edərkən bıçaqlanıb
"Lotu Quli"nin yaxın qohumu Bakıda həbs edildi
Bakıda gözətçini qətlə yetirib, 40 min manat oğurlayan şəxslər tutuldu
Bakıda azyaşlı küçədə qarət olundu
Vilayət Eyvazov mayoru rəis müavini təyin etdi
Azərbaycanda qaraçılar arasında baş verən dəhşətli qətllə bağlı yeni xəbər
Vilayət Eyvazov bu polis polkovniklərinin YERİNİ DƏYİŞDİ
Vilayət Eyvazovdan yeni TƏYİNAT
21 yaşlı gəlin ərinin dostu tərəfindən qaçırıldı - Bakıda biabırçılıq