Ermənilər Ağdamda 97 ev və obyekti dağıdıb
30-09-2020, 23:40
151

Ermənilər Ağdamda 97 ev və obyekti dağıdıb

Ermənistan Silahlı Qüvvələri Azərbaycanın təmas xəttində yerləşən yaşayış məntəqələrini atəşə tutmaqda davam edir.
Gündəlik Bakı xəbər verir ki, bu barədə Ağdam rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Allahverən Əliyev deyib.
Onun sözlərinə görə, erməni hərbi birləşmələri mülki əhalinin yaşayış evlərini hədəfə alıb: "Sentyabrın 27-dən bu günə qədər erməni hərbi birləşmələrinin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 97 ev və obyektə ciddi ziyan dəyib. Onlardan 80-i yaşayış evidir, qalan 17-si isə digər tikililərdir. Zərər dəyən evlərdən 20-si tam dağılıb, 60-ı isə qismən. Ermənilər Ağdamda 80 yerlik Təzəkənd orta məktəbini də atəşə tutublar. Yeni tikilmiş modul tipli məktəbin qapı və pəncərəsi dağılıb, məktəbə ciddi ziyan dəyib. Hadisə nəticəsində əhaliyə məxsus 22 baş mal-qara da tələf olub".
A.Əliyev bildirib ki, ermənilərin kəndləri hədəfə almasına baxmayaraq, əhalidə böyük ruh yüksəkliyi var: "Əhali döyüşə hazırdır, evlərini təkr etmək fikrində deyil. Ağdam əhalisi Azərbaycan Ordusuna güvənir və onlara lazım olan dəstəyi verməyə hazırdır".

Oxşar xəbərlər

Ermənilər daha bir kəndimizi ATƏŞƏ TUTDULAR
Avropa mətbuatı erməni təcavüzündən yazdı
Tərtərdə son vəziyyət: Bir tərtərli belə yaşadığı evi tərk etməyib
Bakıda kranın aşması nəticəsində 1 nəfər ölüb, 2 evə ciddi ziyan dəyib - Yenilənib, Foto, Video
Baş Prokurorluq: Mülki əhali arasında yaralananların sayı 14 nəfərə çatıb
Nazir Ermənistanın təxribatı nəticəsində həlak olanların sayını AÇIQLADI
Baş nazirdən Tovuzla bağlı SƏRƏNCAM
Bakıda kran doqquzmərtəbəli yaşayış binasının üzərinə aşdı
Ermənilər mövqelərimizi atəşə tutub
Cəbhə xəttində erməni təxribatı davam edir
Aİ Şurasının Prezidenti İlham Əliyevə zəng edib
Cəbhə xəttində erməni təxribatı davam edir
“Ermənistan hücumu öncədən planlaşdırıb” - Ceyhun Bayramov
Cəbhə xəttində erməni təxribatı davam edir
Azərbaycan Ordusunun çavuşu şəhid olub
Zəngilansız 26 il...
Gürcüstan Azərbaycanlıları Ağsaqqallar Şurası Ermənistanın ağır silahlarla Azərbaycana qarşı hücumunu ən sərt şəkildə qınayır
Prezident Azərbaycan xalqını təbrik ETDİ
Ermənilər yenidən Tovuzu atəşə tutdu - Nazirlik məlumat yaydı
Ermənilər bu rayonlarımızı atəşə tutdu
Azərbaycandan erməni komandanlığına - “Təslim olun!”
XİN: Ermənilər Azərbaycanın 1 107 məktəb və 855 uşaq bağçasını dağıdıb
Ermənilər yenidən Tovuzu atəşə tutdu - Nazirlik məlumat yaydı
Xocavənd rayonunun işğalından 27 il ötür
Bakının işğaldan azad edilməsindən 102 il ötür
Türkiyəyə dəhşətli hücum - 6 şəhid, 70 yaralı
Bakıda aşan kran bu şirkətə məxsus imiş...
Cəbhədə GƏRGİNLİK: Düşmən iriçaplı pulemyotlardan bölmələrimizi atəşə tutdu
Azərbaycanda hərbi vəziyyət qüvvəyə mindi
Azərbaycan Ordusunun aprel qələbəsindən 4 il ötür