Qazax rayonunda fərdi yaşayış evində baş verən yanğın nəticəsində bir nəfər ölüb.
 
"Report" xəbər verir ki, hadisə rayonun Daş Salahlı kəndində qeydə alınıb.
Belə ki, kənd sakini 1936-cı il təvəllüdlü Asif Məmmədova məxsus fərdi yaşayış evində yanğın olub. Nəticədə A.Məmmədov yanaraq ölüb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğından mühafizə bölmələri cəlb edilib və yanğın söndürülüb.
Faktla bağlı araşdırma aparılır.