Ermənilərin atdığı mərmi İranla sərhəddə yanğına səbəb oldu
2-10-2020, 20:58
224

Ermənilərin atdığı mərmi İranla sərhəddə yanğına səbəb oldu

Ermənistan silahlı qüvvələrinin atdığı mərmi səbəbindən hazırda Füzuli rayonunun Horadiz şəhərinin ətrafında qamışlıq-bataqlıq ərazidə - İran İslam Respublikası ilə həmsərhəd zonada yanğın başlayıb.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən (FHN) Gundelik-Baku.com-a verilən məlumata görə, yanğının söndürülməsi istiqamətində FHN-in Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən müvafiq tədbirlər görülür.
Yanğının ətraf tikintilərə, həmçinin vətəndaşın həyatına hər hansı təhlükəsi yoxdur.
Bundan başqa, düşmənin artilleriya atəşi altında saxladığı Tərtər şəhərində təhlükəli və çıxılmaz vəziyyətdə qalan 2 nəfər FHN DYMX-nin yanğınsöndürən-xilasediciləri tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.
Qeyd edək ki, düşmənin artilleriya atəşləri nəticəsində mülki obyektlərə, fərdi və çoxmənzilli yaşayış evlərinə, təsərrüfatlara, infrastruktur obyektlərinə dəyən ziyanın, zərbələr nəticəsində baş verən yanğınların dərhal aradan qaldırılması üçün FHN gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar Nazirliyin “112” qaynar telefon xəttinə dərhal məlumat verilməsi vətəndaşlardan xahiş olunur.

Oxşar xəbərlər

“EuroHome”dakı yanğının təfərrüatları məlum oldu
Bakıda mağazadakı yanğın söndürüldü - Yenilənib, Video
Xızıda dağlıq ərazidə yanğın başlayıb - helikopterlər cəlb olunub
Nazirlik binasında baş verən yanğın söndürüldü (Yenilənib)
Baş Prokurorluq: Mülki əhali arasında yaralananların sayı 14 nəfərə çatıb
Bakıda beşmərtəbəli binada yanğın - Sakinlər təxliyə edildi
Bakıda güclü yanğın başlayıb - Video
Tərtərdə son vəziyyət: Bir tərtərli belə yaşadığı evi tərk etməyib
“Gecə ərzində gərgin döyüşlər davam edib” - Müdafiə Nazirliyi
Füzulidə ev YANDI
Azərbaycanda dağlıq ərazidə YANĞIN
Balakənçayda köməksiz qalan şəxs xilas edildi
Bakıda oteldə yanğın: əcnəbilər təxliyyə edildi
Avropa mətbuatı erməni təcavüzündən yazdı
Bakıda yaşayış binasında yanğın baş verib
Ermənilər yaşayış evlərini, xəstəxanaları atəşə tutur - RƏSMİ
Ermənilərin artilleriya qurğuları belə məhv edildi - VİDEO
Bakıda çoxmərtəbəli yaşayış binasındakı yanğın söndürülüb
Masallıda partlayış: 3 nəfər dağıntılar altında qaldı
Ermənilərin artilleriya batareyası MƏHV EDİLDİ
Azərbaycanda 16 nəfər yanaraq öldü
Əks-hücum əməliyyatları cəbhənin bütün istiqamətlərində davam etdirilir - MN rəsmisi
Düşmənlə təmas xəttində raket və mərmi qalıqları aşkarlanıb
Bakıda fərdi yaşayış evi yanıb
Binəqədidə evləri su basıb, 6 nəfər köməksiz qalıb
Bakıda restoran yandı
Baş nazirdən Tovuzla bağlı SƏRƏNCAM
Azərbaycanda bu nazirliyin binasında YANĞIN - FOTOLAR
Əşyalar durduğu yerdə alovlanır - Ucarda müəmmalı yanğın
Gecə cəbhədə nə baş verib?