Tovuzda yol qəzası baş verib.
Hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb. Hərəkətdə olan iki “VAZ" və "Mercedes" markalı minik maşını toqquşub. Qəza zamanı xəsarət alan "VAZ-2106"-nın sürücüsü 1950-ci il təvəllüdlü Ramiz Həsənov xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır