Düşmən Beyləqanda 2 bacını öldürdü - yaralılar var
4-10-2020, 09:30
270

Düşmən Beyləqanda 2 bacını öldürdü - yaralılar var

Baş Prokurorluq cəbhədəki vəziyyətlə bağlı məlumat yayıb. 
Gündəlik Bakı həmin məlumatı təqdim edir:
Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir.
İşğalçı ölkənin silahlı qüvvələrinin Beyləqan şəhərinin müxtəlif istiqamətlərində dinc əhalinin yaşayış evlərini növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində 03.10.2020-ci il tarixdə saat 19 radələrində 1976-cı il təvəllüdlü şəhər sakinləri İsmayılova Zülfiyyə İsgəndər qızı və bacısı 1998-ci il təvəllüdlü Əsədova Arzu İsgəndər qızı yaşadıqları evə çoxsaylı top mərmilərinin düşməsi nəticəsində dağıntılar altında qalaraq həlak olub, eyni zamanda şəhərin müxtəlif yerlərinə düşmüş top mərmilərinin qəlpələrindən 1982-ci il təvəllüdlü şəhər sakinləri Balakişiyev Etibar Təvəkkül oğlu, 1969-cu il təvəllüdlü Bəşirova Sevda Yaşar qızı, 1970-ci il təvəllüdlü Zalova Yeganə Həsən qızı, Məmmədov Mayis Çərkəz oğlu və 2003-cü il təvəllüdlü Məmmədova Sevinc Mais qızı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib, çoxsaylı yaşayış evlərinə külli miqdarda ziyan dəyib.
Faktla bağlı Beyləqan rayon prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma), 120.2.1 (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7 , 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd), 186.3-cü (əmlakı qəsdən məhv etmə və ya zədələmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və digər maddələri ilə cinayət işi başlanıb.
Həmçinin, təcavüzkar ölkənin silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx olduğu əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində 03.10.2020-ci il tarixdə saat 21 radələrində Tərtər rayonu Azad Qaraqoyunlu kəndinə düşmüş top mərmilərinin qəlpələrindən 1966-cı il təvəllüdlü Məmmədov Səfər Əyyub oğlu və Quliyev Akif Yunis oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib.
Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən ordumuza və dinc əhaliyə qarşı cinayətlər törətmiş təxribatçı erməni birləşmələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilmələri üçün bütün zəruri tədbirlərin görülməsi təmin ediləcəkdir.

Oxşar xəbərlər

Ağdamda düşmən atəşi nəticəsində ata və oğlu həlak oldu
Ağdaşda avtomobil aşıb, 4 nəfər xəsarət alıb
Ermənilər yaşayış evlərini, xəstəxanaları atəşə tutur - RƏSMİ
Avropa mətbuatı erməni təcavüzündən yazdı
Azərbaycanda ağır qəza: 1 ölü, 4 yaralı
Bakıda qəza: Yaralılar var
14 yaşlı oğlan "06" ilə 3 məktəbli qızı vurdu
Daha bir erməni təxribatı - Əsgərimiz yaralandı
Baş Prokurorluq: Mülki əhali arasında yaralananların sayı 14 nəfərə çatıb
Abşeronda kütləvi davada 6 nəfər bıçaqlandı, ölənlər var
Sumqayıtda gənc nişanlısını öldürdü, qayınanasını ölümcül yaraladı
Ermənilərin mülki əhaliyə vurduğu ziyanın statistikası AÇIQLANDI
Ağsuda dəhşət: Qadın qardaşı və anasını bıçaqladı
İmişlidə yük maşınları toqquşdu: Ölən var
Abşeronda ər və arvad bellə döyüldü
Azərbaycan-İran sərhədində gərginlik: sərhədpozuculara atəş açıldı
Kişi keçmiş arvadını çapacaqla ölümcül hala saldı
Samuxda partlayış - Yaralılar var
“Sədərək” ticarət mərkəzində KÜTLƏVİ DAVA - 3 nəfər...
Azərbaycan Ordusunun çavuşu şəhid olub
Azərbaycan Ermənistanın iki zabitini beynəlxalq axtarışa verdi
Qayınana və qayınatasını ov tüfəngi ilə güllələdi - Xaçmazda DƏHŞƏT - YENİLƏNİB
Gürcüstan Azərbaycanlıları Ağsaqqallar Şurası Ermənistanın ağır silahlarla Azərbaycana qarşı hücumunu ən sərt şəkildə qınayır
Mingəçevirdə bacısını öldürən şəxs tutulub
Bakıda silahlı quldur dəstə yaxalandı
Bakıda dəhşət: Nənəsini və bibisini qətlə yetirdi - Təfərrüat, Yenilənib
Azərbaycan və Türkiyə vəkillər Ermənistanın müharibə cinayətlərini birlikdə beynəlxalq hüquq ictimaiyyətinə çatdıracaqlar
Ermənilər Ağdamda 97 ev və obyekti dağıdıb
XİN-dən şəhid olan hərbçimizlə bağlı AÇIQLAMA
Abşeronda baş vermiş ağır qəzada yaralananlardan biri ölüb - Video, Foto, Yenilənib