Sosial şəbəkədə tanış olduğu qadına qarşı dələduzluq edən Anar Quliyevin (soyad şərtidir) məhkəməsi başa çatıb.
“Qafqazinfo”nun məlumatına görə, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hökmünə əsasən, 1984-cü il təvəllüdlü A.Quliyev 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Anar Nərgiz Məmmədova (ad-soyad şərtidir) ilə tanış olan zaman özünü XTQ-nin keçmiş mənsubu kimi təqdim edib. O, Vətən müharibəsi başlayan zaman sentyabrın sonunda Nərgizə zəng edərək, guya döyüşə çağırıldığını bildirib. Anar mütəmadi olaraq qadına zəng vurub yalandan cəbhə bölgəsində olduğunu, döyüş əməliyyatlarında iştirak etdiyini söyləyib.
Vətən müharibəsi başa çatandan sonra sosial şəbəkədə tanış olan şəxslər görüşüblər. Anar ilk tanışlıq zamanı özünü Xarici Kəşfiyyat Xidmətinin “Yarasa” adlı xüsusi təyinatlı dəstəsinin xidmət vaxtı yaralanması səbəbindən ehtiyata çıxmış zabiti kimi təqdim edib. 2021-ci ilin yanvar ayının 28-də Anarın anası onlara elçi gedib, lakin qızın valideynləri düşünmək üçün vaxt istəyiblər.
Maraqlıdır ki, Anarın anası da oğlunun yalanına şərik çıxıb və övladının zabit olduğunu təsdiqləyib. Əslində isə məlum olub ki, sevgilisinə yalan danışan şəxs özəl şirkətlərin birində mühafizəçi işləyirmiş.
Anar bu ərəfədə Nərgizi DTX-də işə düzəldə biləcəyini deyib, bunun üçün kurslara qatılmalı olduğunu qeyd edib. A.Quliyev bu səbəbdən ümümulikdə qarşı tərəfdən müxtəlif bəhanələrlə 10 000 manata yaxın pul alıb.
2021-ci ilin sonlarında isə Nəgrizlə Anarın münasibətləri pozulub. Qadın aldadıldığını başa düşüb və Anarın əməlləri barədə hüquq-mühafizə orqanlarına şikayət edib.
Bundan sonra Anar Nərgizə mesaj yazıb: “Səhər məni apardılar, dedilər ki, mən filankəsin adından kimlərdənsə pul alıb işə düzəltmişəm. Sən evdə kiməsə nəsə demisən? Dedim ki, demə də evdə. Rütbəmi “cırdılar”, hər şeyimi aldılar əlimdən”.
Qeyd edək ki, Anar Quliyev daha öncə də məhkumluq həyatı yaşayıb. O, həmin vaxt Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə (Məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə) təqsirli bilinib.
Sevgilisinə özünü “Yarasa”nın zabiti kimi təqdim etdi, yalanı üzə çıxdı
12
noyabr
10:46

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Özünü polis kimi təqdim edən şəxsin daha bir cinayəti ortaya çıxdı
Bakıda girov götürülən İŞ ADAMI: “Məni adyala büküb apardılar”
Siqaret pulu vermədiyi üçün anasını DÖYDÜ
Prezident “İki sahil” qəzetinin əməkdaşını təltif etdi
"Keçmiş sevgilim məni şantaj etdi, videoları ailəmə göndərdi"
İmtahandan keçmək üçün 5500 manata “dua” yazdırdı
"Bank işçisi" dələduzluq etdi
Bakıda qoyunlar bostana girdi, sahibi QƏTLƏ YETİRİLDİ
«Lider-N» MTK-nın rəhbəri Nazim Quliyev Anarı intihara məcbur edir
Klinika rəhbərini rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən qadına hökm oxunub
Qazinin intiharından sonra ailəsinə medal təqdim olundu - FOTO
Müharibə əlillərinin adından istifadə edən şəxs həbs olundu
Üç min manat əvəzinə üç il cəza: Ögey qızına əxlaqsız hərəkətə görə 70 yaşlı müəllimi şantaj etdi
Ağır durumda olan qazimizdən ÜRƏKAĞRIDAN ÇAĞIRIŞ: - “Mənə kömək edin”
SON DƏQİQƏ! "General" Hikmət Həsənov HƏBS EDİLDİ: Görün NƏLƏR EDİRMİŞ - ŞOK FAKTLAR
Anar Gülbən Ərgəni belə dəyişdi - Video
Evlənəndən 10 ay sonra “ərinin” qadın olduğunu öyrəndi
Bakıda yad kişilərlə intim əlaqədə olan qadın ərini öldürdü - VİDEO
Dostlarını xilas etdi, özü şəhid oldu
Özünü hərbi polis kimi təqdim edən qadın CƏRİMƏLƏNDİ
Bakıda qadın kişini intim görüntüləri ilə şantaj edib
Özünü DTX əməkdaşı kimi tanıdan iş xanımı HƏBS EDİLİB
Daha 50 Vətən müharibəsi əlilinə avtomobil verildi
Dələduzluqda təqsirləndirilən birlik sədrinin istintaqı başa çatdı
Gənc müğənni sevgilisini şantaj etdiyi üçün həbs olundu
Şəhid adından istifadə edən dələduz saxlanıldı
Dələduzluq edən "nazirlik əməkdaşı"na HÖKM OXUNDU
Səhər yeməyi üstündə yaranan mübahisə qətllə nəticələndi
Vətən müharibəsi qazisinə HÖKM OXUNDU
Özünü prokurorluq əməkdaşı kimi təqdim edən dələduz saxlanıldı
- 46 yaşlı aktyor yuxuda olarkən vəfat etdi - FOTO
- Nahar zamanı 3 yaşlı bacısını bıçaqladı
- 21-ci əsrin ilk onilliyinin ən yaxşı futbolçuları - SİYAHI
- Zəncəfil bu insanlar üçün ZƏRƏRLİDİR
- Bu beş lider dünyanın sonunu yaxınlaşdırır - Vaynşteyn
- 30 il sonra qalıqları tapılan hərbçimiz dəfn olundu - FOTOLAR
- İstanbulda partlayış - Ölən və yaralananlar var
- “Bu gün bizə yaltaqlanan ermənilər 1988-ci ildə Xankəndidə...” - Xalq artisti sirləri açdı
- “WhatsApp” daha bir yeniliyi təqdim etdi
- Tarzən şəhid olan 20 yaşlı tələbəsinin FOTOlarını paylaşdı
- Rusiya müdafiə büdcəsini 68 faiz artırır
- Növbəti ildən hansı xəstəlikdən əziyyət çəkənlərə dərman veriləcək?
- Maştağa sakini İrana görə tutuldu - CASUS ŞƏBƏKƏSİ
- "Yunayted" 100 milyon avroluq transferə hazırlaşır
- "İlin sonuna qədər inflyasiyanın birrəqəmli səviyyəsinə endirilməsi gözlənilir" - Baş nazir
- Hərbçilərimiz Kəlbəcərdə daha bir silah anbarı aşkar etdilər - VİDEO
- Hidayət Heydərov beşinci dəfə Böyük Dəbilqəni qazandı
- İrəvan-Arazdəyən yolu bağlandı, saxlanılanlar var - VİDEO
- Güləşçimiz erməniyə qalib gələrək yarımfinala yüksəldi
- Ceyhun Bayramov bu gün BMT Baş Assambleyasında çıxış edəcək
- “Azərbaycan Qarabağa tam nəzarət edir” - Separatçıların sabiq "nazir"i
- İlham Əliyev Toivo Klaarı qəbul edib
- İlham Əliyev Toivo Klaarı qəbul edib - YENİLƏNİB
- Xarici ölkələrin hərbi attaşeləri Şuşaya səfər ediblər