Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə şəhərin Əziz Əliyev prospektində qeydə alınıb. Hərəkətdə olan "Mercedes " markalı minik avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq yol kənarındakı hasara daha sonra evə çırpılıb. Qəzada sürücü yüngül xəsarət alıb. Avtomobil yararsız hala düşüb.
Faktla bağlı araşdırma aparılır.