Salyanda kişi meyiti tapılıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, noyabrın 18-də axşam saatlarında Salyan rayonu Xocalı kəndində üzərində bıçaq xəsarətləri olan 60-65 yaşlı naməlum kişi meyiti tapılıb.
Faktla bağlı Salyan Rayon Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.