Xətai rayonunda yerləşən marketlərdən birindən oğurluq edilib.
DİN-dən verilən məlumata görə, naməlum şəxs mağazaya daxil olaraq 309 manat, mühafizə kamerasının yaddaş qurğusunu, eləcə də obyektdə quraşdırılan “E-Manat” ödəmə terminalını sındıraraq kassada olan 2700 manat pulu ələ keçirib. Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Xəzər Hüseynov tutulub. O, ifadəsində etdiyi hadisəni etiraf edib.
Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət İşi başlanılıb. X.Hüseynov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.