Bərdə rayonu İcra Hakimiyyəti başçısının Otuzikilər kənd inzibati ərazi dairəsi üzrə sabiq nümayəndəsinə hökm oxunub.

Qaynatinfo-nun məlumatına görə, Yaqub Nəbiyev Yusif oğlu 1991-ci ildən 2014-cü ilədək Bərdə rayonu İcra Hakimiyyəti başçısının Otuzikilər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi işləyib. 


O, kənd qəbiristanlığına gedən yolun sol hissəsində, yəni dövlət mülkiyyətində olan torpaq sahəsində 38 ədəd qоvаq cinsinə mənsub аğаclаrı 2022-ci ilin iyun ayında qаnunsuz kəsdirərək, təbiətə külli miqdаrdа ziyаn vurub. Barəsində Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən barəsində akt tərtib edilərək, iş məhkəməyə göndərilib. 

Məhkəmənin qərarı ilə Yaqub Nəbiyev Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Barəsində CM-nin 70-ci maddəsi tətbiq olunub və təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 1 il sınaq müddəti təyin edilməklə şərti olaraq tətbiq edilib. Ona 16050 manat cərimə kəsilib.