Narkotik vasitə və psixotrop maddə dövriyyədən çıxarılıb
30-10-2020, 14:23
268

Narkotik vasitə və psixotrop maddə dövriyyədən çıxarılıb

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olan şəxslərə qarşı silsilə əməliyyatlar davam etdirilir.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir zamanı əvvəllər məhkum olunmuş Abşeron rayon sakini Xəyal Əsədli saxlanılıb. Onun üzərinə baxış zamanı 3 qram heroin, 2 qramdan artıq tiryək, 3 qram psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq Xəyal Əsədlinin Masazır qəsəbəsində yerləşən evinə baxış zamanı 1 kiloqram 55 qram heroin, 995 qram tiryək, 3 kiloqram 110 qram metamfetamin, 5 kiloqram 500 qram qurudulmuuş marixuana, həmçinin satışı və istifadəsi qadağan olunan psixotrop tərkibli 700 ədəd “Metadon M 40”, 150 ədəd tramadol həbləri və 2 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.
Baş İdarə əməkdaşları tərəfindən Sabirabad rayonunda keçirilən əməliyyat zamanı isə rayon sakini Elman Muradov saxlanılıb. Onun üzərinə baxış zamanı 30 qram, yaşadığı rayonun Cəngan qəsəbəsindəki evindən isə 7 kiloqram 245 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. Elman Muradov ifadəsində yaşadığı evin həyətində sonradan qurudub satmaq məqsədi ilə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olduğunu etiraf edib.
Baş İdarənin əməkdaşları tərəfindən Cəlilabad rayonunda keçirilən əməliyyat zamanı isə paytaxt sakini Anar Məmmədov tutulub. Saxlanılan zaman onun üzərindən 3 kiloqram heroin və 300 qram psixotrop maddə metamfetamin aşkar edilib.
Həyata keçirilən sonuncu əməliyyatlar zamanı Baş İdarənin əməkdaşları tərəfindən ümumilikdə 21 kiloqram 245 qram narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, adları çəkilən şəxslərin hər biri tutularaq istintaqa təqdim olunublar. Cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Oxşar xəbərlər

İrandan Azərbaycana 10 milyon manatlıq narkotik gətirən şəxslər saxlanılıb
Lənkəran sakini külli miqdarda narkotiklə tutuldu
17 kiloqramdan çox narkotiki onlayn yolla satmaq istədilər
Əsgər Ələkbərovun qardaşı oğlu 10 kq heroinlə tutuldu
DTX əməliyyat keçirdi - həbs olunanlar var (VİDEO)
Bakı polis əməliyyatı - Heroin alverçiləri yaxalandı
Binəqədidə əməliyyat keçirilib - Həbs olunanlar var...
15 kiloqramdan artıq narkotik qanunsuz dövriyyədən çıxarıldı - Foto, Video
DİN-dən ƏMƏLİYYAT: SAXLANILANLAR VAR
Narkotik vasitə satan Gürcüstan vətəndaşı Bakıda tutuldu - FOTO
DTX-dən daha bir əməliyyat: Bir nəfər həbs edildi
Bakıda qadın narkotacir saxlanılıb
Qubada cinayətkar dəstənin üzvləri ələ keçdi - FOTO
“Hacı”, “Kərbəlayi” və “Şirinbala” ləqəbli narkotacirlər tutulub
Ağdaş sakininin üzərində və yaşadığı evdə narkotik aşkarlandı - FOTO
Bakıda narkotik alverçisi karantin postunda yaxalandı
Sabunçuda qardaşlardan narkotik götürüldü
Ağdaşda keçmiş məhkumun evindən narkotik vasitələr aşkar edildi - FOTO
Azərbaycanın dövlət sərhədini pozan iki nəfər saxlanılıb
Balakəndə narkotacir tutuldu - FOTO
Yevlax sakininin plantasiyasında külli miqdarda narkotik aşkarlandı
Biləsuvarda biri qadın olmaqla iki narkotacir saxlanıldı
Bakıya narkotik vasitə gətirmək istəyən şəxslər tutuldu - FOTO/VİDEO
İstixanada narkotik yetişdirən şəxs saxlanılıb - FOTO
"Fedya" ləqəbli narkotik satıcısı saxlanılıb
Sərhəddə içərisində narkotik vasitələr olan bağlama aşkarlandı
Bakıda narkotik alverçilərinə qarşı növbəti əməliyyat keçirildi
Lənkəranda heroin satan keçmiş məhkum tutuldu - FOTO
Səbaildə narkotacir saxlanılıb - Foto
Bakıda polis əməliyyatı: 1 tona yaxın narkotik aşkarlandı - Video