İTV-nin sabiq əməkdaşı faciəvi şəkildə həlak oldu
21-09-2019, 13:00
233

İTV-nin sabiq əməkdaşı faciəvi şəkildə həlak oldu

Sentyabrın 19-da Bakı-Quba yolunda baş verən dəhşətli yol qəzasında ölənlərdən biri - Fuad Musazadə İctimai Televiziyanın sabiq əməkdaşı olub.
Milli.Az xəbər verir ki, bu barədə modern.az saytına mərhumun keçmiş iş yoldaşları məlumat veriblər.
Daxili İşlər Nazirliyinin məlumatına görə, sentyabrın 19-da saat 15 radələrində Sumqayıt şəhərinin Yeni Yaşma qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Anar Nəsir oğlu Rzayev idarə etdiyi "Hyundai" və Fuad Şahin oğlu Musazadənin idarə etdiyi "Mercedes" markalı avtomobillər toqquşub.
Hadisə nəticədəsində iki nəfər ölüb. Bunlar "Mercedes"in sükanı arxasında olan 1988-ci il təvəllüdlü Fuad Musazadə və A.Rzayevin sərnişini, 1986-cı il təvəllüdlü Kamran Atayev olub. "Hyundai"ın sürücüsü Anar Rzayev isə ağır xəsarət alıb.
Qeyd edək ki, qəzaya düşən "Hyundai" markalı avtomobil "Atəşgah Sığorta"ya məxsus olub.
Dəhşətli qəza nəticəsində avtomobillərin toqquşmasından sonra "Mercedes" yoldan çıxaraq aşıb və alışaraq yanıb. Nəticədə "Mercedes"in sükanı arxasında olan Fuad Musazadə maşından çıxa bilməyib və diri-diri yanaraq ölüb.
Keçirilən ilkin avtotexniki ekspertizanın rəyinə əsasən, hadisəyə Fuad Musazadənin "Mercedes" markalı avtomobili yüksək sürətlə idarə etməsi zamanı maşının təkərinin partlaması səbəb olub.
Hadisəylə bağlı təhqiqat davam edir.
Məlumata görə, Fuad Musazadə Azərbaycan Dillər Universitetini bitirib. O, 2010-cu ildən İctimai Televiziyada çalışıb. Hadisəyədək isə son iş yeri tanınmış şoumen-prodüser. Xalq artisti Murad Dadaşovun rəhbəri olduğu "M Group Production" şirkəti olub.

Oxşar xəbərlər

Bakı-Sumqayıt yolunda dəhşətli qəza
Sumqayıt yaxınlığında qorxunc hadisə: ÖLƏNLƏR VAR
Bakıda zəncirvari qəza olub, xəsarət alan var - Foto
Beyləqanda yol qəzası: 1 yaşlı qız öldü
Azərbaycanda ağır qəza: 1 ölü, 4 yaralı
DİN AzTV-nin əməkdaşının öldüyü qəza ilə bağlı məlumat yaydı
Bakıda "Mercedes" 63 yaşlı kişini vurub öldürdü
Azərbaycanda dəhşətli qəzada polisin başı bədənindən ayrıldı - Video
İmişlidə yük maşınları toqquşdu: Ölən var
Ermənistanda hərbçi qəza törədib, 3 nəfər yaralanıb
Bakı-Şamaxı yolunda dəhşətli qəza: Qadın öldü, uşaqlar yaralandı
Samuxda dəhşətli qəzada ölən gənclər - Foto
Sumqayıtda yol polisi əməkdaşı qəza törədib - FOTO
Balakəndə ağır qəza: Ölən var
Hacıqabulda yol qəzası olub, ölən və xəsarət alan var
İsmayıllıda "Mercedes"lə "Ford" toqquşdu
Bakıda silahlı quldur dəstə yaxalandı
Abşeronda ağır qəza - İki azyaşlıdan biri öldü
Bakıda iki avtomobil toqquşdu: 3 yaralı
Bakıda avtomobil azyaşlını vuraraq öldürüb
Bakıda maskalılar sürücünün 10 min dollar pulunu alıb
Hyundai-nin uçan avtomobil bölümünə NASA mühəndisi liderlik edəcək
Qubada avtomobil dərəyə aşıb, bir nəfər ölüb
Avtomobil oğurlayan keçmiş məhkum saxlanıldı
Bakıdan Zaqatalaya sərnişin daşıyan mikroavtobus qəzaya düşdü
Masallıda avtomobil kanala aşdı: ölən var
Ağcabədidə ağır qəza, 2 yaralı
Bakıda kranın aşması nəticəsində 1 nəfər ölüb, 2 evə ciddi ziyan dəyib - Yenilənib, Foto, Video
Lerikdə avtomobil aşdı: ölən var
Saatlıda ağır qəza: Ölən var