Bakıda taksi şoferi icarəyə götürdüyü "Toyota Prius”la Dərnəgül bazarından oğurluq edib. 

Qaynarinfo-nun məlumatına görə, 1985-ci il təvəllüdlü Sabirabad rayon sakini Kamal (şərti) icarəyə götürdüyü "Tayota Prius" markalı avtomobillə taksi faəliyəti ilə məşğul olub. 

O, borcu olduğu üçün Dərnəgüldə yerləşən tikinti materialları bazarından oğurluq etmək qərarına gəlib. Bu məqsədlə 5 noyabr 2022-ci il tarixdə idarə etdiyi avtomobilə bazara gedib və obyektlərdən brinin qarşısında dəmir məmulatların yığıldığını görüb. Qərara gəlib ki, həmin ağır çəkili dəmir parçalarını oğurlayıb satsın. 

Daha sonra avtomobili dəmir yığılan yerə sürüb və ilkin olaraq 6 ədədini götürürək, maşının yük yerinə yığaraq uzaqlaşıb. Kamal üç gün sonra həmin bazarda dəmir setka istehsal edən sexin qarşısından 16 ədəd dəmir setkanı avtomollə oğurlayib. Səhəri gün həmin dəmir setkaların hər birini 20 manata "Evrohome" tikinti materialları bazarında satıb.


11 noyabrda yenidən həmin setka sexinin qarşısına gəlib və 8 ədəd dəmir setka oğurlayıb. Yenə də onları "Evrohome"da satıb.

O, ümumilikdə sahibkara 4 min manata yaxın ziyan vurub. 

Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxsin həbsdə və ev dustaqlıgında saxlanıldığı 4 ay 14 gün çıxılıb və 2 il, 3 ay, 2 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası verilib.