Bakının Səbail rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.
Hadisə Salyan şosesində baş verib. 2000-ci il təvəllüdlü Abbasov Ruslan Səbuhi oğlu piyada keçidindən keçərkən onu "Honda" markalı nəqliyyat vasitəsi vurub. Yaralı hadisəni törədən sürücü tərəfindən 3 nömrəli şəhər klinik xəstəxanasına çatdırılıb. Həkimlər ona sol baldır sümüyünün sınığı diaqnozu qoyub.
Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır. /APA