Abşeronda sexdə partlayış qeydə alınıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, hadisə rayonun Novxanı yolu, “Lukoil” yanacaq doldurma məntəqəsinin yaxınlığında yerləşən dəmir beton konstruksiya emalı sexində baş verib.
Belə ki, sexdə yanğınla nəticələn partlayış olub.
Əraziyə FHN-nin əməkdaşları cəlb edilib və yanğın söndürülüb.
Hadisə nəticəsində xəsarət alanlar da var.