Xızıda sürücü polisləri silahla hədələdi
21-09-2019, 14:00
1 157

Xızıda sürücü polisləri silahla hədələdi

Xızıda polisləri silahla hədələyən sürücü tutulub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sentyabrın 19-da saat 9 radələrində Xızı rayonunun Giləzi qəsəbəsi ərazisində VAZ-2109 markalı avtomobil şübhə doğurduğundan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Bu zaman qəflətən avtomobildən düşən sərnişin üzərində gəzdirdiyi tapança ilə polis əməkdaşlarını hədələyərək aradan çıxmağa müvəffəq olub.
Polis əməkdaşları tərəfindən həmin şəxsin Ağagül adlı Giləzi qəsəbə sakini olması müəyyən edilib.
Əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evə baxış zamanı 65 ədəd tapança patronu, 1 ədəd patron darağı, 2 ədəd kabura, habelə narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar edilərək götürülüb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 228-ci (Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə cinayət işi başlanlıb.
Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Giləzi qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ağagül Ağayev Sumqayıt şəhəri ərazisində polis əməkdaşları tərəfindən saxlanılıb. Yaşadığı evin həyətinə baxış zamanı oradan nömrəsi silinmiş “Makarov” markalı tapança, 5 ədəd patron və 1 ədəd patron darağı aşkar edilərək götürülüb.
Faktla bağlı zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Oxşar xəbərlər

Axtarışda olan şəxsin üstündə qumbara tapıldı
Adam öldürmək üçün avtomat aldı
Nəsimi rayonunda silahlı şəxs saxlanıldı
Xızıda beş mərtəbəli binada narkotik yetişdirən şəxs saxlanıldı - FOTO
Goranboyda xeyli sayda silah-sursat tapıldı
Axtarışda olan şəxslər saxlanılıblar
Maştağada silahlı şəxs tutuldu – Foto
Bakıda küçədə silahlar tapılıb
Qanunsuz olaraq saxlanılan ov tüfəngi götürülüb
Qanunsuz silah gəzdirən keçmiş məhkum yaxalandı
Narkotik alverçisi polisi öldürməyə cəhd etdi - Rəsmi açıqlama
Bakıda “Topaz”a oyuncaq tapanca ilə basqın olundu
Azərbaycanda polis bıçaqlandı
17 kiloqramdan çox narkotiki onlayn yolla satmaq istədilər
Səbaildə narkotacir saxlanılıb - Foto
Azərbaycanda təhlükəli terrorçu ilə bağlı yeni xəbər
Balakəndə narkotacir tutuldu - FOTO
Mingəçevirdə civə satışı ilə məşğul olan şəxs tutulub - FOTO
Ağdaş sakininin üzərində və yaşadığı evdə narkotik aşkarlandı - FOTO
Qubada cinayətkar dəstənin üzvləri ələ keçdi - FOTO
Silah gəzdirən şəxs saxlanıldı
Lənkəranda heroin satan keçmiş məhkum tutuldu - FOTO
İrandan Azərbaycana 10 milyon manatlıq narkotik gətirən şəxslər saxlanılıb
Ağdaşda keçmiş məhkumun evindən narkotik vasitələr aşkar edildi - FOTO
İstixanada narkotik yetişdirən şəxs saxlanılıb - FOTO
Ağcabədidə narkotik vasitə yetişdirən şəxs saxlanıldı - FOTO
Lənkəran sakini külli miqdarda narkotiklə tutuldu
Bakıda moped oğurlayan şəxslər tutuldu - FOTO
Salyanda narkotik tərkibli bitkilər əkib-becərən şəxs tutuldu - FOTO
Əli Məmmədov oğurluğa görə saxlanıldı - FOTOLAR