Balakəndə civə alverçiləri saxlanılıb
7-04-2020, 11:28
196

Balakəndə civə alverçiləri saxlanılıb

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Sabahnews.az-a verilən məlumata görə, Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində civə satışı ilə məşğul olan şəxslər saxlanılıb.

Daxil olmuş məlumat əsasında  22 yaşlı Balakən rayonu Qullar kənd sakini Turan Süleymanov və şəhər sakini 21 yaşlı Toğrul Səmədli  şübhəli şəxs qismində saxlanılıb.  T.Süleymanovdan şəxsi axtarış zamanı 1 ədəd şüşə qabda 59,4 qram metallik civə aşkar edilib. Toğrul Səmədlinin ətrafında davam etdirilən tədbirlərlə onun yaşadığı ünvanda və Talalar kəndində bibisinin evində civə saxlaması müəyyən edilib. Həmin yerlərə baxış keçirilən zaman  ümumi çəkisi 473,1 qram metal parıltıya malik civə aşkar olunaraq götürülüb.

İstintaq zamanı müəyyən edilib ki, T.Səmədli həmin civəni ötən ilin dekabr ayında Məhəmməd Mustafayevlə qabaqcadan əlbir olub, tanışları Balakən rayon sakini Nizami Quliyevin yaşadığı evdən oğurlayıblar.

Həmin tədbirlərin davamı olaraq  Balakən RPŞ əməkdaşları tərəfindən əvvəllər məhkum olunmuş, rayonun Qullar kənd sakini Nizami Quliyev və cinayət əməlində iştirakı olan digər şəxslər də saxlanılıb. N.Quliyevin yaşadığı evə baxış keçirilən zaman  501,2 qram civə aşkarlanıb. 

Faktla bağlı Balakən RPŞ-nin İstintaq bölməsində cinayət işi başlanılıb, istintaq aparılır.

Oxşar xəbərlər

Balakəndə mağazalara qənim kəsilənlər saxlanıldı
Mingəçevirdə civə satışı ilə məşğul olan şəxs tutulub - FOTO
Balakəndə narkotacir tutuldu - FOTO
DİN-dən ƏMƏLİYYAT: SAXLANILANLAR VAR
Qubada cinayətkar dəstənin üzvləri ələ keçdi - FOTO
Bostanında çətənə becərən Balakən sakini ələ keçdi
Ağdaşda keçmiş məhkumun evindən narkotik vasitələr aşkar edildi - FOTO
Lənkəranda heroin satan keçmiş məhkum tutuldu - FOTO
Yevlax sakininin plantasiyasında külli miqdarda narkotik aşkarlandı
Siyəzəndə çətənə bitkisi yetişdirən şəxs saxlanıldı
Lənkəran sakini külli miqdarda narkotiklə tutuldu
Bakı polis əməliyyatı - Heroin alverçiləri yaxalandı
Maştağada silahlı şəxs tutuldu – Foto
Ağdaş sakininin üzərində və yaşadığı evdə narkotik aşkarlandı - FOTO
Ağcabədidə narkotik vasitə yetişdirən şəxs saxlanıldı - FOTO
İstixanada narkotik yetişdirən şəxs saxlanılıb - FOTO
Adam bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
Gədəbəydə soyğunçuluq edən şəxslər saxlanılıb - FOTO
Zaqatalada evdən iki televizor və spirtli içkilər oğurlandı - FOTO
Saatlıda oğurluq edənlər tutuldu - FOTO
Səbaildə narkotacir saxlanılıb - Foto
Televizor oğruları tutuldu - FOTO
Xızıda sürücü polisləri silahla hədələdi
Bakıda qadın narkotacir saxlanılıb
17 kiloqramdan çox narkotiki onlayn yolla satmaq istədilər
İsmayıllıda evlərdən oğurluq edən keçmiş məhkum saxlanılıb
Mingəçevirdə mağazadan oğurluq edən şəxs saxlanılıb
DİN-dən əməliyyat: Silsilə oğurluq edən keçmiş məhkumlar tutuldu
Bakıda evdən məişət əşyaları oğurlayan ələ keçdi
Biləsuvarda biri qadın olmaqla iki narkotacir saxlanıldı