Rusiya hərbçiləri və sərhədçiləri təxribat-kəşfiyyat qrupunun Ukrayna ərazisindən dövlət sərhədini pozmasının qarşısını alıblar.
"RIA Novosti" xəbər verir ki, bu barədə Rusiyanın Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.
Atışma zamanı Ukrayna Silahlı Qüvvələrinə məxsus iki hərbi texnika diversantları təxliyə etmək üçün Rusiya ərazisinə daxil olub. Hər iki avtomobil vurulub.
Ukrayna Silahlı Qüvvələrinin 5 əsgəri həlak olub, Rusiya hərbçiləri arasında itki yoxdur.