Azərbaycan Premyer Liqasında I turun mübarizəsi davam edir.
İkinci oyun günündə 2 matç keçiriləcək.
Əvvəlcə "Səbail" "Sumqayıt"ı qəbul edəcək. Oyun saat 18:30-da başlayacaq.
Digər matçda isə "Qarabağ" evdə "Zirə" ilə üz-üzə gələcək. Bu görüş saat 21:00-da start götürəcək.
Qeyd edək ki, mövsüm ötən gün keçirilən "Araz-Naxçıvan" - "Turan Tovuz" oyunu (0:3) ilə başlayıb.