İsveçin "Hekken" klubunun hücumçusu Edvard Çilufya "Qarabağ"la bu həftə keçirəcəkləri oyun barədə qısa fikirlərini bildirib. 
O, bu barədə İsveç çempionatının oktyabrın 1-də AİK-a qalib gəldikləri görüşdən sonra danışıb. "Hekken" bu oyunda 2:0 hesabı ilə qələbə qazanıb və üçüncü pillədəki mövqeyini (25 oyun, 50 xal) möhkəmləndirib. Matçda hər iki qolu məhz Zambiya millisinin 24 yaşlı hücumçu Edvard Çilufya vurub. 
Çilufya oyundan sonra jurnalistlərə bildirib ki, onlar qarşıdakı oyuna ("Qarabağ"la matça) hazırdırlar. 
"Mən səbirsizliklə növbəti oyunumuzu gözləyirəm. Bu, hər bir futbolçumuz üçün vacib matçdır" - deyə Edvard Çilufya qeyd edib.