Hollandiya Liqasında sonuncu pillədə qərarlaşan "Ayaks"ın yeni baş məşqçisi məlum olub.
Con vant Şip tarixinin ən pis günlərini yaşayan Amsterdam təmsilçisini yeni baş məşqçisi təyin edilib. Onunla 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 1981-1992-ci illərdə "Ayaks"da çıxış edən 59 yaşlı mütəxəssis məşqçilik karyerasında Hollandiyanın “Tvente”, Avstraliyanın “Melburn Siti” klublarında və Yunanıstan millisində çalışıb.