"Renn"in futbolçusu Eduardo Kamavinqa La Liqaya keçə bilər.
"Real" 17 yaşlı yarımmüdafiçini heyətinə qatmağı planlaşdırır. "Kral klubu"nun futbolçu üçün 50 milyon avro təklif edəcəyi bildirilir.
Fransalı futbolçu ilə "Çelsi", PSJ və "Yuventus"un da maraqlandığı deyilir.
Qeyd edək ki, Kamavinqa cari mövsüm "Renn"in heyətində 34 oyunda iştirak edib və 1 qol vurub.