“Zabit Səmədova görə döyüşümüz iki il uzandı”
24-04-2020, 15:00
205

“Zabit Səmədova görə döyüşümüz iki il uzandı”

“Zabit Səmədovla Bakıdakı döyüşümün təxirə salındığını ilk olaraq “Instagram”da təşkilatçı “MixFight”in səhifəsi vasitəsi ilə öyrəndim. Bundan sonra isə promouter zəng edərək, mənə bu barədə məlumat verdi”.
Bunu Oxu.Az-a Zabit Səmədovun rəqibi olan britaniyalı kikboksçu və MMA döyüşçüsü Ceyms MakSvini deyib.
O, aprelin 11-də Heydər Əliyev adına İdman və Konsert Kompleksində keçirilməli döyüşün koronavirus pandemiyasına görə ötən ay təxirə salınmasından danışıb:
“Mən hər zaman “MixFight”lə əlaqədəyəm. Bu döyüşün nə vaxt keçiriləcəyi bəlli deyil. Koronavirusa görə çoxlu səfərlər dayandırılıb. Ümid edirəm ki, tezliklə bu bəla aradan qalxar və döyüşün yeni tarixi müəyyənləşdirilər”.
“Çəkic” ləqəbli 39 yaşlı idmançı 2018-ci ildə İzmirdə keçirilən yarış zamanı Zabit Səmədova “əlcək atmışdı”. Amma bu döyüşün keçirilməsi düz iki il sonraya salındı. Səbəbi döyüşçüdən soruşduq:
“Əvvəl döyüş 2018-ci ilin aprelində təşkilatçıların yerləşdiyi Almaniyada, yəni neytral ölkədə olmalı idi. Amma Səmədovla razılıq əldə etmək mümkün deyildi. O bu döyüşü mütləq şəkildə vətənində keçirmək istəyirdi. Ona görə bu döyüş belə çox uzandı. Mən də axırda razılıq verdim. İlk dəfə Bakıya gələcəkdim. Koronavirusa görə yarış təxirə salındı”.
Onu da bildirək ki, Ceyms MakSvini Zabitlə döyüşmək istədiyini bildirdikdən sonra yeddi döyüş keçirib. Bunlardan üçü kikboksinqdə (iki qələbə və bir məğlubiyyət), üçü MMA-da (üç məğlubiyyət) və biri əlbəyaxa döyüşdə (əlcəksiz boks) olub.
Onun ötən ilin sentyabrın 21-də amerikalı sabiq UFC döyüşçüsü Lavar Consonla döyüşü cəmi 27 saniyə çəkib. Rəqibin vurduğu zərbədən nokauta düşən başının sağ hissəsindən qan açılan idmançı döyüşü davam etdirə bilməyib.

  
Qeyd edək ki, hazırda sərhədlər bağlandığı üçün Zabit Səmədov Belarusun paytaxtı Minskdədir və məşqlərini orada keçirir. O, dəfələrlə bildirib ki, karyerasının son döyüşünü Bakıda keçirmək istəyir.

Oxşar xəbərlər

Səfər Göktəpə: “Zabit Səmədov dedi ki, döyüşü Bakıya sal, pulda razılığa gələrik” - ÖZƏL
Həbibin növbəti döyüş vaxtı açıqlandı
Erməni diversant zabit haqqında yeni məlumatlar üzə çıxdı
Makqreqor Nurməhəmmədov üçün dua etdi
22 yaşlı idmançı yarış zamanı öldü
Həbiblə Ferqyusonun döyüşü təxirə düşə bilər
İsveçrə dünya çempionatını təxirə salmaqdan imtina etdi
“Azərbaycan nefti olmadan Böyük Vətən Müharibəsində SSRİ-nin qələbəsi mümkün olmazdı”
“İp Man”ın mesajı: Çin dünyaya meydan oxuyur - TƏHLİL
Hərbi polisin sabiq rəisi:”Ordumuzun taleyi ilə oynayan bəzi rüşvətxor məmurlar öz layiqli cəzalarını alacaqlar”
Əsir götürülən erməni komandirlə bağlı RƏSMİ AÇIQLAMA
Davos forumu gələn ilin yayınadək təxirə salındı
Azərbaycanlı döyüşçüdən rusiyalıya sərt cavab - FOTO
MN Tibb Baş İdarəsinin rəisi  Rəşad Behbudovdur yoxsa Elxan İbrahimov?
Hərbi Polisin sabiq rəisindən Aydın Mirzəzadəyə sərt cavab:"Millət vəkilisiniz, Orduda baş verənlərə niyə susursuz"
“Camaatın ailəsi dağılır”, “Rəhmətə gedən oldu, toy qaldı”, “100 ofisiant işsiz qalıb”
İranda məktəblər açıldı
“Google” yeni əməliyyat sisteminin təqdimatını təxirə salıb
Prezident İlham Əliyev: Bəzi indiki dırnaqarası özünü lider adlandıran qorxaqlardan fərqli olaraq, Heydər Əliyev hər bir təhlükəyə, məhrumiyyətə getməyə hazır idi
Dərs ili sentyabrda başlamayacaq?
Məşhur futbolçuda koronavirus aşkarlanıb
Bir qrup azərbaycanlının Almaniyadan deportasiyası təxirə salındı
“Sovetski” sakinləri aksiya keçirdi: “Bəsdirin pulumuzu oğurladız” - Video
Hollivud ulduzu UFC döyüşçüsünün onun sümüklərini sındırmasından danışdı - FOTO
UEFA Avropa çempionatlarını təxirə saldı
“Avatar-2” filminin yeni çəkilişlərindən ilk görüntü yayımlandı – FOTO
Azərbaycanda insanlar ən çox hansı xəstəliklərdən ölür? — Siyahı
Milli Məclisin iclası iyulin 5-ə qədər təxirə salındı - Parlamentdə koronavirus təhlükəsi...
Heydər Əliyev Fondu Xalq artistinin müalicəsini üzərinə götürdü
Dünya çempionu koronavirusa yoluxdu