Türkiyə Futbol Federasiyasının prezidenti Nihat Özdəmir bu gün koronavirusla bağlı açıqlama verib.
Cebhe.info xəbər verir ki, videokonfrans vasitəsilə mətbuat qarışısnda çıxış edən N. Özdəmir mühüm qərarlar aldıqlarını və yaxın zamanda ictimaiyyətə açıqlayacaqlarını bildirib.
N. Özdemir Gənclər və İdman Naziri Mehmet Muharrem Kasapoğlu ilə görüşlər keçirildiyini və Super Liqa, 1. Liqa, 2. Liqa və 3. Liqa komandalarının fikirlərinin öyrənildiyini açıqlayıb. Həmçinin UEFA və FİFA ilə də görüşlər keçirilib.
Alınan qərara görə, təxirə salınan Super Liqa, 1-ci Liqa, 2-ci Liqa və 3-cü Liqa oyunları ardıcıllıqla 12, 13, 14 iyun tarixlərindən başlayaraq oynanılacaq.