Üç dünya çempionatının ev sahibi məlum oldu
13-05-2020, 18:30
148

Üç dünya çempionatının ev sahibi məlum oldu

Ümumdünya Taekvondosu (World Taekwondo) beynəlxalq yarışlarla bağlı vacib qərarlar qəbul edib.
İdarə Heyətinin yığıncağı federasiyanın prezidenti Çue Çunq-vonun rəhbərliyi ilə videokonfrans üsulu ilə həyata keçirilib.
Görüşdə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax da iştirak edib. 
Koronavirus pandemiyası səbəbindən əhəmiyyətli beynəlxalq tədbirlərlə əlaqədar ləğv və təxirə salınma qərarları qəbul edilərkən bəzi yarışlara ev sahibliyi edəcək ölkələr də müəyyən olunub. Belə ki, yeniyetmələr arasında dünya çempionatı 2021-ci ildə Bolqarıstanın paytaxtı Sofiyada, 2022-ci ildə gənclər arasında dünya birinciliyi və gənclərin Olimpiya Oyunlarına təsnifat turniri Seneqalın paytaxtı Dakarda keçiriləcək.
Poomsae üzrə dünya çempionatı 2022-ci ildə Cənubi Koreyanın Qoyanq şəhərində təşkil olunacaq. 2022-ci ilin Qran Pri turnirləri isə İngiltərə (Mançester) və Sinqapurda baş tutacaq.
Qeyd edək ki, federasiyanın tədbirlər planında pandemiya ilə əlaqədar hər hansı dəyişiklik baş verməsə, Assambleyanın növbəti yığıncağının oktyabrda Sofiya şəhərində keçirilməsi nəzərdə tutulur.

Oxşar xəbərlər

İsveçrə dünya çempionatını təxirə salmaqdan imtina etdi
Klublararası dünya çempionatının keçiriləcəyi ölkə bilindi - Yeni formatda
QƏTƏRDƏ HƏRBİ QİYAM – Hərbçilər arasında döyüşlər gedir
Milli Gimnastika Arenasında bədii gimnastika üzrə dünya çempionatının çoxnövçülük üzrə finalı davam edir
Yeddi idmançımızın medalları əllərindən alındı - SİYAHI
Səbinə Əzimova Avropa birinciliyində bürünc qazandı
Azərbaycan Kikboksinq Federasiyasına yeni prezident seçildi
Azərbaycan Tokio-2020-yə daha 2 lisenziya QAZANDI
Mikayıl Cabbarov Dünya Bankının regional direktoru ilə görüşdü
Pandemiya daha iki il davam edə bilər
Futbol üzrə İngiltərə çempionatı Avstraliyada başa çatdırıla bilər
Zidan "Yuventus"un baş məşqçisi ola bilər
Dünya çempionu koronavirusa yoluxdu
BMT: Dünya pandemiyadan sonra əvvəlki həyatı gözləməsin
Azərbaycanda kiberidman: Koronavirusun yaratdığı yeni imkanlar - ARAŞDIRMA
Mehriban Əliyeva üçün özəl gün
Rafael Ağayevə yeni vəzifə verildi
Prezident İlham Əliyev Aydın Süleymanlını təbrik etdi
Cüdo komandamız dünya çempionatının finalına yüksəldi - tarixində ilk dəfə...
Mehriban Əliyeva şahmatçı Aydın Süleymanlını təbrik edib
Olimpiya çempionu koronavirusa yoluxub? - FOTO
Rusiyalı ekspert: Qoşulmama Hərəkatı qlobal problemlər fonunda beynəlxalq əməkdaşlıq üçün vacib məkana çevrilir
Mbappe koronavirusa görə “Real”a keçməyəcək
AFFA və FİFA prezidentləri görüşüb
Koronavirusa görə Kann Film Festivalı ləğv edildi
“Avroviziya” təmsilçimiz Samirə Əfəndi “Kleopatra”sı ilə qalib oldu - VİDEO
Əməkdar məşqçi həbs olundu - Qətl ittihamı ilə
“Rəvan Sığorta” fəaliyyətini dayandırır - Nuru Əliyev iflas edir?..
Heydər Əliyev Aeroportu nüfuzlu mükafata layiq görüldü - FOTO
22 yaşlı idmançı yarış zamanı öldü