
İDMAN
20-02-2021, 11:29
58
"Qarabağ" rəqibə kəllə atan futbolçunu belə CƏZALANDIRDI
"Qarabağ" futbolçusu Kevin Medinanı cəzalandırıb.
Bu barədə Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov məlumat verib. O, Azərbaycan Premyer Liqasının 15-ci turunda "Neftçi"yə 1:2 hesab ilə uduzduqları matçda birbaşa qırmızı vərəqə alan kolumbiyalı oyunçuya cəza verdiklərini bildirib:
"Qarşıdakı oyunlarda qalib gəlsək, mükafat almayacaq. Hərəkətindən çox narazı qaldım. Bu cür təcrübəli futbolçu belə səhvlər etməməlidir".
Qeyd edək ki, Medina görüşün 73-cü dəqiqəsində rəqib oyunçu Mamadu Kaneni kəllə ilə vurub. Bu, oyunun rəsmi protokolunda təcavüzkar davranış kimi qeyd edilib. Sözügedən hərəkətinə görə, o, 4 oyunluq cəzalandırılıb.