Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun IV mərhələsində bu gün daha 5 tur oynanılacaq.
"Report"un məlumatına görə, bununla da "Magnus Carlsen Invitational" adlanan yarışda ilkin mərhələyə yekun vurulacaq.
Azərbaycan təmsilçiləri Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov 1/4 finala vəsiqə uğrunda son 5 görüşə çıxacaq. Oyunlar Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Məmmədyarov XI turda ağ fiqurlarla rusiyalı Yan Nepomnyaşiyə, XII turda "qaralar"la onun həmyerlisi Sergey Karyakinə rəqib olacaq. XIII turda Azərbaycan dueli gerçəkləşəcək. 36 yaşlı qrossmeyster ağ fiqurlarla Teymur Rəcəbovu sınağa çəkəcək. XIV turda qara fiqurlar Argentina şahmatçısı Alan Piçotla üz-üzə gələcək Məmmədyarov XV turda isə "ağlar"la ABŞ-ı təmsil edən Uesli So ilə münasibətlərinə aydınlıq gətirəcək.
Rəcəbov XI turda qara fiqurlarla ispaniyalı David Antonu sınağa çəkəcək. 34 yaşlı qrossmeyster XII turda "ağlar"la isveçli Nils Qrandeliusla qarşılaşacaq. XIII turda qara fiqurlarla Məmmədyarova qarşı mübarizə aparacaq Rəcəbov XIV turda "ağlar"la Nepomnyaşiyə rəqib olacaq. O, XV turda isə "qaralar"la Rusiyanın digər təmsilçisi Karyakinlə qüvvəsini sınayacaq.
İkinci yarış günündən sonra Rəcəbov 4,5 xalla 11-ci, Məmmədyarov isə 4 xalla 12-ci sırada qərarlaşıb. Turnir cədvəlinə 8 xalla Aniş Giri başçılıq edir.
"Magnus Carlsen Invitational" 15 mart
XI tur
Şəhriyar Məmmədyarov - Yan Nepomnyaşi (Rusiya)
David Anton (İspaniya) - Teymur Rəcəbov
XII tur
Sergey Karyakin (Rusiya) - Şəhriyar Məmmədyarov
Teymur Rəcəbov - Nils Qrandelius (İsveç)
XIII tur
Şəhriyar Məmmədyarov - Teymur Rəcəbov
XIV tur
Alan Piçot (Argentina) - Şəhriyar Məmmədyarov
Teymur Rəcəbov - Yan Nepomnyaşi (Rusiya)
XV tur
Şəhriyar Məmmədyarov - Uesli So (ABŞ)
Sergey Karyakin (Rusiya) - Teymur Rəcəbov
Qeyd edək ki, "Magnus Carlsen Invitational" Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə "Report" İnformasiya Agentliyinin feysbuk və yutub səhifələrində canlı yayımlanır. Üçüncü yarış günündə aparıcı, beynəlxalq qrossmeyster Vasif Durarbəylinin qonağı keçmiş Azərbaycan çempionu Şəhriyar Həsənov olacaq.
Xatırladaq ki, turnirin ümumi mükafat fondu 220 min ABŞ dollarıdır. Qalib şahmatçı 60 000, finalçı 40 000, 3-cü yerin sahibi isə 25 000 ABŞ dolları qazanacaq. Yarış martın 21-də yekunlaşacaq. Teymur Rəcəbov Çempionlar Turunun II mərhələsində qalib, III mərhələsində isə 3-cü yerin sahibi olub.
Çempionlar Turu: Şəhriyar Məmmədyarov Teymur Rəcəbova qarşı
15
mart
10:04

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Püşk atıldı: Məmmədyarov Aronyanla qarşılaşacaq
Teymur Rəcəbov Aronyanla heç-heçə etdi
“Qələbəyə görə özümü xoşbəxt hiss etmirəm” - Teymur Rəcəbov
Rəcəbov erməni şahmatçı ilə qarşılaşa bilər
Aronyan Teymur Rəcəbova məğlub olmasından danışdı: “Çox məyusam“
Teymur Rəcəbov 5 oyundan 3 xal toplayıb
Teymur Rəcəbov Aronyanla heç-heçə oynadı
Niderland şahmatçısı Teymur Rəcəbovu qəhrəman adlandırdı
Şahmat turnirində Azərbaycan - Ermənistan finalı olacaq
Prezident İlham Əliyev Teymur Rəcəbovu təbrik edib
14 yaşında dünya çempionu olan şahmatçımız Aydıngildən REPORTAJ
Prezident və Birinci xanımdan Teymur Rəcəbova TƏBRİK
Dünyaca məşhur qadın tennisçi – Əslən azərbaycanlı imiş
“Qarabağ“ın koronavirusdan sağalan ulduzu sabah meydanda olacaq
Qələbəsi Teymura 110 min dollar qazandırdı
“Sona qədər diqqətimi itirməməyə çalışdım” - Teymur Rəcəbov
“Qarabağ” Lüksemburqda darmadağına sevindi
Elmar Məmmədyarov danışdı: “Hara gedirəm?”
Elmar Məmmədyarovun ölkədən çıxışına “stop” qoyulub - Sabiq nazir də istintaqa çəkilir
Sərhədçilərimiz Qafan aeroportu və Qafan-Gorus yoluna nəzarət edir -FOTOLAR
Ərdoğandan Fransa ilə bağlı AÇIQLAMA
"Bavariya" finalda PSJ-yə rəqib oldu
“Qarabağ“ın növbəti oyununu qazaxıstanlı hakimlər idarə edəcək
Azərbaycanlı şahmatçıya xarici təşkilatda vəzifə verildi
Elmar Məmmədyarov Türkiyəyə gedib
Azərbaycan şahmatçısı Avropa çempionu olub
"Qarabağ" UEFA Çempionlar Liqasında mübarizəyə başlayır
Maqnus Karlsen 75 min dollar qazanıb
Çempionlar Liqasında həftənin oyunçusu bəlli olub
UEFA Azərbaycan təmsilçisini Çempionlar Liqasından məhrum etməyəcək - RƏSMİ
- Narkotikin təsiri ilə maşın sürən şəxs HƏBS EDİLDİ
- Aktyor əməliyyat olundu
- Həftəsonu yol qəzalarında 4 nəfər ölüb
- “Philips” 6 min işçisini işdən çıxaracaq
- Bakıda narkotik satan şəxs tutuldu - VİDEO
- Çavuşoğlu səfirliyə hücuma görə İrana çağırış etdi
- Polşaya gələn ukraynalı qaçqınların sayı açıqlandı
- Bakıda həbsxanada daha bir ÖLÜM
- “Qızım atasına oxşayır“ - Video
- ABŞ dövlət katibi İsrailə getdi
- Bu tarixdə yağış yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
- Dolların sabaha olan məzənnəsi
- YAP-çı deputatlardan Erkin Qədirliyə cavab – Dava qızışır
- “Səməd Səmədov məndən 10 min istədi“ - Mənzurə
- Aşpaz Nusret qazancının 50 faizini kimsəsiz uşaqlara bağışladı - FOTO
- Olimpiya Festivalı: Azərbaycan idmançısı sərbəst proqramda 15-ci yeri tutub
- Namiq Qaraçuxurlu səfirliyimizə hücumdan danışdı: “Allah onların bəlasını versin”
- Vətəndaşlardan 12 ov tüfəngi götürüldü
- Küveyt Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumunu pisləyib
- Azərbaycan nefti ucuzlaşdı
- Ukrayna Təhlükəsizlik Şurası: “Rusiya yeni hücuma hazırlaşır”
- Rusiya və Türkiyə qaz qovşağı ilə bağlı müzakirələrə başlayıb
- Anasının öldüyü gün qızı dünyaya gəlib
- Herrinin konsertdə şalvarı cırıldı