Daha 2 boksçumuz dünya birinciliyində 1/4 finala vəsiqə qazandı
18-04-2021, 10:48
35

Daha 2 boksçumuz dünya birinciliyində 1/4 finala vəsiqə qazandı

Polşanın Keltse şəhərində gənc boksçular arasında dünya birinciliyi davam edir.
Mundialın beşinci günündə Azərbaycan millisinin 2 üzvü rinqə çıxıb.
İlk görüşündə Maksat Jusipovu (Qırğızıstan) mübarizədən kənarlaşdıran Əzrək Bəbirov 1/8 final çərçivəsində tailandlı Panuvat Çunjan-Atla üz-üzə gəlib. 56 kq çəki dərəcəsində qüvvəsini sınayan boksçumuz bu dueldən də qalib ayrılıb. O, rəqibini 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib.
Bəbirov 1/4 finalda Aleksey Şendrixlə (Rusiya) döyüşəcək. Görüş aprelin 19-da keçiriləcək.
Millimizin digər üzvü – Nicat Hüseynov (49 kq) debüt qarşılaşmasında Allan Morozovu (Estoniya) sınağa çəkib. 1/8 final çərçivəsində təşkil olunan döyüşdə həmyerlimiz qələbə qazanmaqda çətinlik çəkməyib – 5:0 (30:25, 30:25, 30:27, 29:27, 29:26).
Onun 1/4 finalda rəqibi macarıstanlı Levent Eqedus olacaq. Hüseynov da növbəti döyüşünə aprelin 19-da çıxacaq.
Qeyd edək ki, daha öncə Əli Zamanov (52 kq) 1/4, Cəlal Qurbanovla (60 kq) Murad Allahverdiyev (81 kq) 1/8 finala yüksəlib. 52 ölkədən 414 (274 oğlan, 140 qız) boksçunun qatıldığı dünya birinciliyi aprelin 23-də başa çatacaq.

Oxşar xəbərlər

Azərbaycanlı boksçu ermənini dünya çempionatından kənarlaşdırdı
Boksçumuz erməni rəqibini məğlub etdi
Daha bir güləşçimiz erməni rəqibini məğlub etdi
Elnur Məmmədlinin bacısı oğlu Avropa çempionatında medalın bir addımlığında
Azərbaycan güləşçisi ermənini məğlub etdi
Azərbaycanlı “Dəmir adam” Rusiyada döyüşə çıxır
Olimpiya mükafatçımız məğlub oldu
Rəcəbov erməni şahmatçı ilə qarşılaşa bilər
Səbinə Əzimova Avropa birinciliyində bürünc qazandı
BDU-nun 18 yaşlı tələbəsi ermənini məğlub etdi
Cüdoçumuz qızıl medal qazandı
"Bavariya" finalda PSJ-yə rəqib oldu
54 yaşlı Tayson rinqə qayıdır
Güləşçimiz ermənini məğlub etdi
Üç dünya çempionatının ev sahibi məlum oldu
Güləşçimiz erməni Avropa çempionuna qalib gəldi
Maqnus Karlsen 75 min dollar qazanıb
Şahmat turnirində Azərbaycan - Ermənistan finalı olacaq
Güləşçimiz ermənini diz çökdürdü
Azərbaycan Ermənistanı indi də idmanda məğlub etdi - VİDEO
Çempionlar Turu: Şəhriyar Məmmədyarov Teymur Rəcəbova qarşı
Cüdo komandamız dünya çempionatının finalına yüksəldi - tarixində ilk dəfə...
“Liverpul” “Arsenal”ı məğlub etdi
Səfər Göktəpə: “Zabit Səmədov dedi ki, döyüşü Bakıya sal, pulda razılığa gələrik” - ÖZƏL
Qələbəsi Teymura 110 min dollar qazandırdı
Milli Gimnastika Arenasında bədii gimnastika üzrə dünya çempionatının çoxnövçülük üzrə finalı davam edir
ÇL: "İnter" darmadağınla finalda "Sevilya"ya rəqib oldu
“Qarabağ” qələbəsinə görə yarım milyon avro qazandı
"Maşın"ın qalibi məlum oldu
Qətldə ittiham olunan idmançı yığmadan uzaqlaşdırıldı