AVRO-2020-nin kuboku Bakıya gətirilir: Məşhurlar da gəlir
3-05-2021, 13:48
115

AVRO-2020-nin kuboku Bakıya gətirilir: Məşhurlar da gəlir

Azərbaycana tanınmış futbol veteranları gələcək.
7-8 may tarixlərində Bakıda AVRO-2020-nin (futbol üzrə Avropa çempionatı) kuboku nümayiş etdiriləcək.
1992-ci ilin danimarkalı Avropa çempionları – Peta Smaykl, Brian Laudrop, Fleminq Poulsen, 2008-ci ilin almaniyalı finalçısı Filipp Lam və Avropa çempionatının niderlandlı yarımfinalçısı Vesli Sneyder ulduz səfir kimi turda iştirak edəcəklərini artıq təsdiqləyiblər.
Həmçinin, AVRO-2020-nin maskotu olan “Skillzy” özünün fristayl bacarıqlarını nümayiş etdirəcək.
Qeyd edək ki, kubok meydan sahibi şəhərlərdən artıq üçündə olub. Roma, Buxarest və Budapeşti “gəzmiş” kubok dördüncü şəhər kimi Bakıda nümayiş etdiriləcək.
Pandemiya səbəbindən kuboku azarkeşlər yalnız “Volkswagen” ID.3 avtomobilində görmək imkanı əldə edəcək. Kubok həmin avtomobilin damındakı şüşə vitrində nümayiş olunacaq. Bu zaman azarkeşlər onunla foto və video çəkmək imkanı qazanacaq.
Xatırladaq ki, AVRO-2020 11 şəhərin ev sahibliyi ilə keçiriləcək. Pandemiya səbəbindən ötən il baş tutmayan mötəbər yarış bu ilin 11 iyun - 11 iyul tarixlərində təşkil olunacaq. Bakı Olimpiya Stadionu A qrupunun üç və 1/4 finalın bir matçına ev sahibliyi edəcək.

Oxşar xəbərlər

“Qarabağ” qələbəsinə görə yarım milyon avro qazandı
AVRO-2024-ün püşk tarixi və yeri müəyyənləşdi
"AVRO-2020"nin Bakıdakı oyunlarına bu tarixdən bilet almaq olar
UEFA Azərbaycan klublarına pul ödədi
AVRO-2020-nin iştirakçıları müəyyənləşib
Bakıdakı oyunlara neçə nəfər azarkeş buraxılacaq? - RƏSMİ
UEFA-dan "Qarabağ"a 1 milyon 140 min, “Neftçi”yə 780 min avro
AVRO-2020-nin ev sahibliyi Bakıdan alına bilər
Bakı Dünya Kubokuna ev sahibliyi edəcək
Sergey Şoyqu Azərbaycana gəldi
“Bizim 20 məmurun villasını bir yerə toplasan, Lüksenburq qədər ərazi yaranar“
Macarıstanın 10 ən nüfuzlu şəxsindən biri Azərbaycan əsillidir - FOTO
Paradla bağlı mühüm açıqlama - Müharibədə döyüşən hərbçilər…
Bu Avropa ölkəsi turistlərə 200 avro ödəyəcək
Prezidentdən Avropa Çempionatı ilə bağlı SƏRƏNCAM
“Barselona“ Messiyə yeni qiymət qoydu
Qələbə paradının aparıcısı bəlli oldu - FOTO
DİN "Neftçi" - "Qalatasaray" qarşılaşması ilə bağlı vətəndaşlara müraciət edib
Pandemiya İtaliya futboluna ağır zərbə vuracaq: 800 milyon...
Avropanın qabaqcıl ali təhsil müəssisələri Magistr Proqramı ilə Bakıda tədris fəaliyyətinə başlayır
Çindən daha bir yük qatarı Azərbaycana yola salındı
“Neftçi”nin keçmiş futbolçusu qəflətən vəfat etdi
12 futbolçuda koronavirus aşkarlandı, kubok matçı təxirə salındı
Ordumuz dekabrın 10-da keçiriləcək parada hazırlaşır - VİDEO
"Real" 17 yaşlı futbolçu üçün 50 milyon avro təklif edəcək
Bu il dünyada smartfon alışına 400 milyard avrodan çox pul xərclənəcək
Dünya və Avropa çempionu YAP İdarə Heyətinə üzv seçildi
Düşməndən qənimət götürülmüş texnika Bakıya gətirilir - FOTO
Bakıda şirkət 1000 avro cərimə edildi
Fransa oyundan əvvəl türklərdən xahiş etdi