Azərbaycan güləşinin kürəyi yerdə...
7-05-2021, 14:03
104

Azərbaycan güləşinin kürəyi yerdə...

Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarında Azərbaycanın kişilərdən ibarət sərbəst güləş üzrə milli komandasının cəmi 3 idmançısı mübarizə aparacaq. Dünyanın ən nüfuzlu idman yarışında Azərbaycan sərbəst güləşini yalnız Hacı Əliyev (65 kq), Hacımurad Hacıyev (74 kq) və Şərif Şərifov (97 kq) təmsil edəcək.
Buna səbəb isə Sofiyada keçirilən təsnifat turnirində güləşçilərimizdən heç birinin lisenziya qazana bilməməsidir.
Bu, sərbəst güləş tariximizdə ən pis göstəricidir. 1996-cı ildə ilk dəfə ayrıca qatıldığımız Olimpiya Oyunlarında ölkəmiz sərbəst güləşdə 6, Sidney-2000, London-2012 və Rio-2016 yenə 6, Afina-2004-də 4, Pekin-2008-də isə 7 nəfər sərbəst güləşçi ilə təmsil olunub.
Atlantada Azərbaycana ilk medalı (gümüş) qazandıran Namiq Abdullayev hazırda sərbəst güləş üzrə milli komandamızın baş məşqçisidir. 
Sonuncu Rio Olimpiya Oyunlarında sərbəst güləş millisi 5 medal qazanıb. Həmin vaxt millinin çalışdırıcısı Firdovsi Umudov olub. Tokioda isə maksimum 3 mükafat qazana bilərik, bunun üçün də 100 faizlik nəticə olmalıdır. Amma bu dəfə olimpiadada kəskin rəqabətin gedəcəyini nəzərə alsaq, bu nailiyyətləri qazanacağımız çətin görünür.
Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları 23 iyul – 8 avqustda keçiriləcək.

Oxşar xəbərlər

Güləşçimiz ermənini diz çökdürdü
Güləşçimiz ermənini məğlub etdi
Millimizin sabiq baş məşqçisi vəfat etdi
Dünya və Avropa çempionu YAP İdarə Heyətinə üzv seçildi
Qətldə ittiham olunan idmançı yığmadan uzaqlaşdırıldı
Dilqəm Quliyevə Prezidentin fərdi təqaüdü veriləcək
Güləşçimiz finalda erməni ilə qarşılaşacaq
Azərbaycan Tokio-2020-yə daha 2 lisenziya QAZANDI
Oleq Krapivin Ordumuza 20 min dollar ianə etdi
Ağayar Axundzadəyə vəzifə verildi - Sədr təyin olundu
Yerin ən yaşlı adamı doğum gününü qeyd edir
Paşinyana sui-qəsddə ittiham olunan şəxs sərbəst buraxıldı
Ermənilərin saxladığı iki azərbaycanlı sərbəst buraxıldı
Türkiyədə saxlanılan rus jurnalistlər sərbəst buraxıldı
Daha bir güləşçimiz erməni rəqibini məğlub etdi
Xudayar Yusifzadənin adı şəhid idmançılar SİYAHISINDA
Bərdədəki Olimpiya Mərkəzi ermənilər tərəfindən dağıdılıb
Milli Gimnastika Arenasında bədii gimnastika üzrə dünya çempionatının çoxnövçülük üzrə finalı davam edir
Çox sayda “Taliban” yaraqlıları həbsxanadan azad edildi
Azərbaycanlı olimpiya çempionu dünyasını dəyişdi
“Azərbaycanlılar Əsgəranda sərbəst şəkildə alış-veriş edirlər“ - Ermənilər narahatdır
Federasiyanın rəsmisi Azad Rəhimovun yalanını üzə çıxardı
Əli Əsədov bu qərara dəyişiklik etdi
Daha bir cüdoçumuz Böyük Dəbilqə turnirində medal qazandı
Azərbaycanlı güləşçi erməni həmkarını tatamiyə çıxmağa peşman etdi: 11-0
Saxta icazə düzəldənlər saxlanıldı
Rafael Ağayev dünyaca məşhur idmançılarla eyni SİYAHIDA
Azərbaycan Ermənistanı indi də idmanda məğlub etdi - VİDEO
Energetika Nazirliyində yeni təyinat
Mariya Stadnik 1,5 illik fasilədən sonra qələbə ilə qayıtdı