AVRO 2020-nin ən dəyərli 10 futbolçusu açıqlanıb.
Xarici media xəbər verir ki, “KPMG Football Benchmark”ın araşdırmasına görə, EURO 2020-də ən dəyərli 10 futbolçunun təxmini transfer qiymətlərinin cəmi 1 milyard 189 milyon avro olaraq hesablanıb.
189 milyon avro ilə 22 yaşlı fransız hücumçu Mbappenin liderlik etdiyi siyahıda 2 və 3-cü yerdə ingilis futbolçuları Harri Keyn (127 milyon avro) və Marcus Rashford (121 milyon avro) qərarlaşıb.
Siyahıda İngiltərədən 4, Belçikadan 2, Fransa, Hollandiya, Almaniya və Portuqaliyadan 1 oyunçu var.