Avropa çempionatı: Güləşçimiz ermənini məğlub etdi
28-06-2021, 17:21
114

Avropa çempionatı: Güləşçimiz ermənini məğlub etdi

Almaniyanın Dortmund şəhərində gənc güləşçilərin Avropa çempionatı start götürüb.
Ilk yarış günündə 57 kq, 65 kq, 70 kq, 79 kq və 97 kq-da çıxış edən sərbəst güləşçilər xalça üzərinə çıxıb.
Azərbaycan təmsilçilərindən Murad Haqverdiyev (57 kq) ilk görüşdə türkiyəli rəqibinə uduzub.
Sabir Cəfərov (65 kq) təsnifat mərhələsində Slovakiya dmançısını vaxtından əvvəl məyus edib. O, daha sonra Fransa təmsilçisinə eyni aqibəti yaşadıb. 1/4 finalda Türkiyə güləşçisi üzərində də böyükhesablı qələbəyə sevinən Cəfərov yarımfinala yüksəlib.
Turan Bayramov (70 kq) qitə birinciliyinə Almaniya güləşçisi üzərində inamlı qələbə ilə start verib. Bayramov 1/4 finalda daha öncə bir neçə dəfə məğlub etdiyi Narek Harutyunyanla qarşılaşıb. Ənənəsinə sadiq qalaraq Ermənistan güləşçisinə növbəti dəfə qalib gələn Bayramov adını yarımfinala yazdırıb.
Səbuhi Əmiraslanov (79 kq) 1/8 finalda rusiyalı rəqibinə məğlub olub.
Zəfər Əliyev (97 kq) debütdə gürcüstanlı həmkarına tam üstünlüklə qalib gəlib. Ancaq 1/4 finalda o, Ukrayna idmançısıyla bacarmayıb.
57 kq
1/8 final: Murad Haqverdiyev – Ahmet Karavuş (Türkiyə) 4:12
65 kq
Təsnifat: Sabir Cəfərov – Tomas Şoerqo (Slovakiya) 10:0
1/8 final: Sabir Cəfərov - Luis Mazoyer (Fransa) 10:0
1/4 final: Sabir Cəfərov - Burak Sinin (Türkiyə) 7:0
1/2 final: Sabir Cəfərov - Turpal Xatuyev (Rusiya)
70 kq
1/8 final: Turan Bayramov – Simon Monz (Almaniya) 10:0
1/4 final: Turan Bayramov - Narek Harutyunyan (Ermənistan) 5:0
1/2 final: Turan Bayramov - Davit Patsinaşvili (Almaniya)
79 kq
1/8 final: Səbuhi Əmiraslanov – Rasul Asluyev (Rusiya) 1:6
97 kq
1/8 final: Zəfər Əliyev – Luka Xutçua (Gürcüstan) 12:2
1/4 final: Zəfər Əliyev - Danilo Stasiuk (Ukrayna) 0:10
Qeyd edək ki, yarımfinal görüşləri Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Oxşar xəbərlər

Güləşçimiz ermənini məğlub etdi
Güləşçimiz finalda erməni ilə qarşılaşacaq
Azərbaycan güləşçisi ermənini məğlub etdi
Azərbaycanın 5 güləşçisindən AÇ-də bərbad nəticə
Mariya Stadnik 1,5 illik fasilədən sonra qələbə ilə qayıtdı
Güləşçimiz erməni rəqibini məğlub ETDİ
Hacı Əliyev finala çıxa bilmədi – Şərif Şərifov ilk görüşündə uduzdu
Güləşçimiz erməni Avropa çempionuna qalib gəldi
Daha bir güləşçimiz erməni rəqibini məğlub etdi
Azərbaycan güləşçisi ermənini tatamiyə çıxmağa peşman etdi - 8:0
Olimpiya mükafatçımız məğlub oldu
İdmançımız ermənini məğlub edib yarımfinala çıxdı
Azərbaycanlı cüdoçu erməni Qriqoryana qarşılaşacaq
Güləşçimiz ermənini məğlub etdi
Rafael Ağayev finalda uduzdu
Güləşçimiz ermənini diz çökdürdü
Rəcəbov erməni şahmatçı ilə qarşılaşa bilər
Boksçumuz erməni rəqibini məğlub etdi
Boksçumuz Avropa çempionatında erməniyə qalib gəldi
AÇ-2020: Kim nə qədər qazanacaq?
Daha 2 boksçumuz dünya birinciliyində 1/4 finala vəsiqə qazandı
Daha bir idmançımız Avropa çempionu oldu
Qurban Qurbanovdan AVRO-2020 proqnozu
BDU-nun 18 yaşlı tələbəsi ermənini məğlub etdi
Dünya və Avropa çempionu YAP İdarə Heyətinə üzv seçildi
Ermənistana qalib gələn cüdoçularımız ikinci oldular - FOTO
Karateçimiz Avropa çempionu oldu
Azərbaycanlı boksçu ermənini dünya çempionatından kənarlaşdırdı
"Bavariya" finalda PSJ-yə rəqib oldu
AVRO-2020-də bu gün keçiriləcək OYUNLAR