Maksim Medvedev hamıdan öndə
17-08-2020, 16:13
291

Maksim Medvedev hamıdan öndə

Azərbaycan çempionatlarında eyni klubda ən çox oyun keçirən futbolçu Maksim Medvedevdir.
Qol.az PFL-in saytına istinadən xəbər verir ki, o, “Qarabağ”ın heyətində 285 dəfə Premyer Liqa matçına çıxıb.
Medvedevin sabiq komanda yoldaşı Aslan Kərimov Ağdam təmsilçisində 268 görüşdə iştirak edib. İlk “üçlüy”ü “Xəzər Lənkəran”da 254 oyunda forma geyinən Rahid Əmirquliyev qapayır. Lakin Maksimdən fərqli onun hər iki izləyicisi ayrı-ayrı illərdə digər klublarda da oynamağa imkan tapıb.
Bir komandada ən çox oyun keçirən 10 futbolçunun siyahısında “Qarabağ”ın futbolçuları çoxluq təşkil edir. Ağdam klubunun 6 oyunçusu bu siyahıya düşüb. “Turan”da iki, “Viləş”lə “Xəzər Lənkəran”da bir futbolçu fərqlənib.
İlk “onluq”da yeganə legioner Ansi Aqollidir. “Qarabağ”ın albaniyalı müdafiəçisinin aktivində 223 matç var.
Qeyd edək ki, ilk 10 sırada yer alanlardan yalnız Maksim indi də eyni komandanın şərəfini qoruduğundan nəticəsini daha da artıra bilər.
Azərbaycan çempionatlarında eyni klubda ən çox oyun keçirən futbolçular
1. Maksim Medvedev ("Qarabağ") - 285
2. Aslan Kərimov ("Qarabağ") - 268
3. Rahid Əmirquliyev ("Xəzər Lənkəran") - 254
4. Sakit Alıyev ("Turan") - 248
5. Müşfiq Hüseynov ("Qarabağ") - 244
6. Nizami Sadıqov ("Turan") - 237
7. Səttar Əliyev ("Qarabağ") - 230
8. Yaşar Hüseynov ("Qarabağ") - 226
9. Ansi Aqolli ("Qarabağ") - 223
10. Müşfiq Vəliyev ("Viləş") - 221

Oxşar xəbərlər

Azərbaycanda bir komandada ən çox qol vuran futbolçu kimdir?
“Xəzər Lənkəran” və “Qarabağ”ın sabiq hücumçusuna iş verildi
“Qarabağ”ın oyununda erməni təxribatı
35 yaşlı hücumçu ilə müqavilə uzadıldı
“Qarabağ” Lüksemburqda darmadağına sevindi
Lopeteqi "Qarabağ"ın futbolçuları ilə görüşdü
“Şalke” klubunun ölü bilinən sabiq futbolçusunun sağ olduğu ortaya çıxdı
"Real" 17 yaşlı futbolçu üçün 50 milyon avro təklif edəcək
Qurban Qurbanov və "Qarabağ" dünya rekordçuları arasında yer alıb
"Barselona" Kumanın təyinatını açıqladı - Rəsmi
“Qarabağ”ın yeni mövqeyi
Tanınmış futbolçu meydanda huşunu itirdi
İngiltərə yığmasının sabiq futbolçusu vəfat etdi
Verner Premyer Liqa nəhənginin bir addımlığında
“Ronaldonu heç bir futbolçu ilə müqayisə etmək olmaz”
21-ci əsrdə bunu bacaran olmamışdı
“Qarabağ” qələbəsinə görə yarım milyon avro qazandı
Məşhur futbolçuda koronavirus aşkarlanıb
"Mən fəxr edirəm ki, azərbaycanlıyam və "Qarabağ"ı çalışdırıram" - Qurban Qurbanov
Almeyda "Astana" ilə müqaviləni pozdu
"Sabah" "Sumqayıt"a, "Qəbələ" "Səbail"ə qarşı
“Qarabağ” – APOEL matçına nə qədər bilet satılıb?
"Qarabağ" "Sevilya"ya belə uduzdu
Bu uşaq "Qarabağ" - "Sevilya" matçından əvvəl etdiyi hərəkəti ilə gündəm oldu
Lüksemburqun idman naziri "Qarabağ"dan üzr istədi
“Moyes mənim üçün ata kimi idi”
Əli Əhmədov: ""Qarabağ Azərbaycandır!" Hərəkatı yaratmalıyıq"
Almaniya qəzeti Lüksemburqda keçirilən futbol matçındakı erməni təxribatından yazır
Azərbaycan Tokio-2020-yə daha 2 lisenziya QAZANDI
İspan mediası “Barselona”nın yeni baş məşqçisini açıqladı