ÇL: "İnter" darmadağınla finalda "Sevilya"ya rəqib oldu
18-08-2020, 11:05
343

ÇL: "İnter" darmadağınla finalda "Sevilya"ya rəqib oldu

UEFA Avropa Liqasında növbəti finalçı müəyyənləşib.
"Report"un məlumatına görə, yarımfinalda Ukrayna "Şaxtyor"unu 5:0 hesabı ilə darmadağın edən İtaliyanın "İnter" klubu həlledici qarşılaşmada İspaniya təmsilçisi "Sevilya"ya rəqib olub.
Görüşdə hesab ilk hissədə açılıb. Argentinalı hücumçu Lautaro Martines 19-cu dəqiqədə Donetsk klubunun qapısına yol tapıb. Komandalar fasiləyə bu hesabla yollanıblar. İkinci yarıya da yaxşı start verən milanlılar əvvəlcə 64-cü dəqiqədə Daniele D Ambrozionun qolu ilə fərqi artırıblar - 2:0. Bununla kifayətlənməyən "İnter" futbolçuları 74-cü dəqiqədə "Şaxtyor"u 3-cü dəfə meydanın mərkəzinə dəvət ediblər. L.Martines dubl edib. Cəmi 4 dəqiqə sonra Cənubi amerikalının ideal ara ötürməsindən sonra Romelu Lukaku dəqiq zərbə ilə topu tora qovuşdurub. 84-cü dəqiqədə belçikalı hücumçu özünün 2-ci, komandasının isə 5-ci qolunu vuraraq matçda son nöqtəni qoyub.
Qeyd edək ki, "Sevilya" və "İnter" arasında final matçı avqustun 21-də Almaniyanın Köln şəhərində olacaq.

Oxşar xəbərlər

"Bavariya" finalda PSJ-yə rəqib oldu
Avropa Liqası: Bu gün növbəti finalçı müəyyənləşəcək
"Bavariya" Çempionlar Liqasının 6 qat qalibi oldu
“Qarabağ” Lüksemburqda darmadağına sevindi
Lopeteqi "Qarabağ"ın futbolçuları ilə görüşdü
"Liverpul" "İnter"in futbolçusuna "elçi düşüb"
Tanınmış futbolçu meydanda huşunu itirdi
Bu uşaq "Qarabağ" - "Sevilya" matçından əvvəl etdiyi hərəkəti ilə gündəm oldu
"Qarabağ" "Sevilya"ya belə uduzdu
"Real" və "İnter" istəyir, "Mançester Siti" satmır
"Barselona"nın sabiq qapıçısı İspaniya klubunun baş məşqçisi oldu
Son 10 ildə ən yaxşı penalti vuran futbolçular - ADLAR
Messinin "Barselona"dan ayrılma səbəbləri
"Nyukasl" Spalettini dəvət edə bilər
Çempionlar Liqasında həftənin oyunçusu bəlli olub
19 yaşlı hücumçu Çempionlar Liqasında həftənin yaxşısı seçildi
35 yaşlı hücumçu ilə müqavilə uzadıldı
21-ci əsrdə bunu bacaran olmamışdı
“Qarabağ” qələbəsinə görə yarım milyon avro qazandı
“Epson” şirkəti dünyada ən yığcam printer təqdim edib
"Barselona"dan Messi ilə bağlı açıqlama
Avropa Liqasında gecənin bütün nəticələri: "Beşiktaş" son saniyələrdə...
“Sevilya”nın sabiq qapıçısı koronavirusdan sağaldı
Mourinyo Premyer Liqaya qayıda bilər
Messi “Barselona”nı tərk etmək barədə qərar verdi
"Mən fəxr edirəm ki, azərbaycanlıyam və "Qarabağ"ı çalışdırıram" - Qurban Qurbanov
Fransa millisinin Azərbaycanla oyuna gətiriləcək heyəti açıqlanıb
UEFA Avropa çempionatlarını təxirə saldı
Avroliqada üç gündə 45 oyun
Almaniya qəzeti Lüksemburqda keçirilən futbol matçındakı erməni təxribatından yazır