"Qarabağ" UEFA Çempionlar Liqasında mübarizəyə başlayır
18-08-2020, 11:15
336

"Qarabağ" UEFA Çempionlar Liqasında mübarizəyə başlayır

Azərbaycanda futbol oyunları 5 aydan çox davam edən məcburi fasilədən sonra bu gün rəsmən bərpa olunacaq.
"Report"un məlumatına görə, bu, UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinə təsadüf edəcək. Azərbaycan çempionu "Qarabağ" Şimali Makedoniya "Sileks"ini qəbul edəcək. Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq qarşılaşma saat 20:00-da başlayacaq.
"Qarabağ" Çempionlar Liqasında ardıcıl 7-ci mövsümdür çıxış edirsə, "Sileks" bu yarışa Şimali Makedoniya çempionu "Vardar"ın lisenziyadan keçməməsi səbəbindən gümüş medalçı kimi qatılır.  
Təsnifat mərhələləri 1 oyundan ibarət olduğu üçün növbəti raunda vəsiqənin taleyini məhz Bakıdakı görüş həll edəcək.
Qeyd edək ki, bu cütün qalibi II təsnifat mərhələsində "Şerif" (Moldova) - "Fola Eş" (Lüksemburq) duelinin güclüsü ilə qarşılaşacaq.
18 avqust
UEFA Çempionlar Liqası
I təsnifat mərhələsi
20:00. "Qarabağ" (Azərbaycan) - "Sileks" (Şimali Makedoniya)
Hakimlər: Yaroslav Kozık, Viktor Nijnik, Vladimir Korotin, Anatoli Abdula (hamısı Ukrayna)
Hakim-inspektor: Atilla Abraham (Macarıstan)
UEFA nümayəndəsi: Vitali Danilçenko (Ukrayna)
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu.

Oxşar xəbərlər

"Qarabağ"ın rəqibi Bakıya yollandı
“Qarabağ“ın növbəti oyununu qazaxıstanlı hakimlər idarə edəcək
“Qarabağ”ın yeni mövqeyi
“Qarabağ” qələbəsinə görə yarım milyon avro qazandı
Avroliqada üç gündə 45 oyun
UEFA Azərbaycan təmsilçisini Çempionlar Liqasından məhrum etməyəcək - RƏSMİ
UEFA-dan "Qarabağ"a 1 milyon 140 min, “Neftçi”yə 780 min avro
Çempionlar Liqasının finalı İstanbuldan alına bilər
Çempionlar Liqasında həftənin oyunçusu bəlli olub
"Qarabağ" "Sevilya"ya belə uduzdu
Azərbaycan “Qarabağ”ı gözləyir - UEFA reytinqində
Qurban Qurbanov və "Qarabağ" dünya rekordçuları arasında yer alıb
“Qarabağ” Lüksemburqda darmadağına sevindi
19 yaşlı hücumçu Çempionlar Liqasında həftənin yaxşısı seçildi
“Qarabağ” – APOEL matçına nə qədər bilet satılıb?
"Bavariya" Çempionlar Liqasının 6 qat qalibi oldu
"Barselona"nın sabiq qapıçısı İspaniya klubunun baş məşqçisi oldu
Avropa Liqası: Bu gün növbəti finalçı müəyyənləşəcək
Lopeteqi "Qarabağ"ın futbolçuları ilə görüşdü
"Neftçi" "Qarabağ"la xal fərqini azaldıb
"Sabah" "Sumqayıt"a, "Qəbələ" "Səbail"ə qarşı
Avrokuboklar bu tarixdə başlayacaq
"Bavariya" finalda PSJ-yə rəqib oldu
"Qarabağ" - APOEL oyununun biletləri satışda
UEFA Millətlər Liqası ləğv olunmayacaq
Bu uşaq "Qarabağ" - "Sevilya" matçından əvvəl etdiyi hərəkəti ilə gündəm oldu
ÇL oyunundan əvvəl spirtli içki qadağası
Messi “Barselona”nı tərk etmək barədə qərar verdi
Bu gün AŞPA-nın payız sessiyası başlayır
“Qarabağ”ın oyununda erməni təxribatı