UEFA Millətlər Liqası ləğv olunmayacaq
19-08-2020, 22:11
176

UEFA Millətlər Liqası ləğv olunmayacaq

UEFA Millətlər Liqasının 2020/21 mövsümü ləğv olunmayacaq.
Apasport.az xəbər verir ki, bu barədə “sport-express” nəşri məlumat yayıb.
Bildirilib ki, qitə futbol qurumu rəsmiləri dünən gecə və bu gün səhər saatlarında turnirin ləğvi məsələsini müzakirə ediblər. Uzun məsləhətləşmələrdən sonra isə yarışın keçirilməsi qərara alınıb.
Koronavirus pandemiyası səbəbindən klub turnirlərinin təqvimində sıxlıq yarandığı üçün “Top-5” liqalarının komandaları Millətlər Liqasının ləğvi üçün UEFA-ya təzyiq göstərsə də, qurum üzv assosiasiyalarla görüşdən sonra “davam” qərarını verib. Yerli assosiasiyaların əksəriyyəti də oyunlar tamaşaçısız olduğu üçün qazanc əldə edə bilməmələrini problemə çevirməyiblər.
UEFA, həmçinin onu da nəzərə alıb ki, Millətlər Liqası ləğv olunarsa, yığmalar bir ildən çox müddətdə oyun keçirə bilməyəcəklər. Bu hal isə sonuncu dəfə İkinci Dünya müharibəsi zamanı yaşanıb.
Bu gün keçiriləcək videokonfransda oyunların təqvimi və futbolçuların sağlamlığı müzakirə mövzusu olacaq.
Qeyd edək ki, Azərbaycan yığması Millətlər Liqasında Lüksemburq, Kipr və Monteneqro ilə C liqasının 1-ci qrupunda yer alıb. Yığmamız sentyabrın 5-də Bakıda Lüksemburqla, 3 gün sonra isə səfərdə Kiprlə qarşılaşacaq.

Oxşar xəbərlər

UEFA Azərbaycan təmsilçisini Çempionlar Liqasından məhrum etməyəcək - RƏSMİ
"Bavariya" Çempionlar Liqasının 6 qat qalibi oldu
UEFA Azərbaycan klublarına pul ödədi
ÇL-in finalı İstanbuldan alınır - Sensasion iddia
Çempionlar Liqasının finalı İstanbuldan alına bilər
UEFA: "Bu vəziyyətdə futbol oynamaq mümkün deyil"
Almaniya qəzeti Lüksemburqda keçirilən futbol matçındakı erməni təxribatından yazır
"Qarabağ" UEFA Çempionlar Liqasında mübarizəyə başlayır
UEFA-dan “əsgər salamı” açıqlaması
“Qarabağ” qələbəsinə görə yarım milyon avro qazandı
UEFA-dan "Qarabağ"a 1 milyon 140 min, “Neftçi”yə 780 min avro
Türkiyə Super Liqasında oyunlar tamaşaçısız keçiriləcək
Avrokuboklar bu tarixdə başlayacaq
UEFA-dan Rebiçə sərt cəza
Azərbaycan “Qarabağ”ı gözləyir - UEFA reytinqində
AFFA 2 futbolçunu cəzalandırdı – danılmış oyunlara görə
"Bavariya" finalda PSJ-yə rəqib oldu
Dmitri Nazarov millimizdən imtina etdi
Çempionlar Liqasında həftənin oyunçusu bəlli olub
UEFA Avropa çempionatlarını təxirə saldı
Bu uşaq "Qarabağ" - "Sevilya" matçından əvvəl etdiyi hərəkəti ilə gündəm oldu
"Belə ucuz oyunlar ancaq ermənilərə məxsus ola bilər" - Qara Qarayev
"Qarabağ"ın rəqibi Bakıya yollandı
Messi “Barselona”nı tərk etmək barədə qərar verdi
Millimizin toplanışa başlayacağı vaxt açıqlandı
Koronavirusa görə Kann Film Festivalı ləğv edildi
"Barselona"nın sabiq qapıçısı İspaniya klubunun baş məşqçisi oldu
“Qarabağ“ın növbəti oyununu qazaxıstanlı hakimlər idarə edəcək
"Mən fəxr edirəm ki, azərbaycanlıyam və "Qarabağ"ı çalışdırıram" - Qurban Qurbanov
"Təxribatla bağlı Lüksemburq səfirinə tapşırıq verildi" - XİN