"Bavariya" Çempionlar Liqasının 6 qat qalibi oldu
24-08-2020, 10:30
325

"Bavariya" Çempionlar Liqasının 6 qat qalibi oldu

Almaniyanın "Bavariya" klubu tarixində 6-cı dəfə UEFA Çempionlar Liqasının qalibi olub. 
"Report"un məlumatına görə, Münhen təmsilçisi 11-ci dəfə çıxdığı həlledici qarşılaşmada Fransa PSJ-sini məğlubiyyətə uğradıb - 1:0. Portuqaliyanın paytaxtı Lissabondakı "Da Luş" stadionunda keçirilmiş görüşdə yeganə qolu 59-cu dəqiqədə Kinqsli Koman vurub. Fransalı yarımmüdafiəçi yetirməsi olduğu klubu məyus edib. 
Bununla da Hans-Diter Flikin baş məşqçi olduğu kollektiv 7 ildən sonra Avropanın ən nüfuzlu klub turnirinin baş mükafatına yiyələnib. 
Çempionlar Liqasının bombardiri adına isə "Bavariya"nın hücumçusu Robert Levandovski sahib olub. O, 11 oyuna 2-si penaltidən olmaqla, 15 qol vurub və 6 məhsuldar ötürmə verib. Polşalı forvarda 2013/2014 mövsümünün bombardiri olmuş Kriştianu Ronaldunun rekordunu təkrarlamaq üçün 2 top çatmayıb. 
Digər tərəfdən, 1998-ci ildən sonra ilk dəfə Çempionlar Liqasının final matçı 1:0 hesablı nəticə ilə yekunlaşıb. 22 il əvvəl finalda İspaniya "Real Madrid"i İtaliya "Yuventus"unu bu hesabla yenib. 
Qeyd edək ki, avqustun 21-də İspaniya "Sevilya"sı finalda İtaliya "İnter"ini 3:2 hesabı ilə yenərək, Avropa Liqasının qalibi olub. Beləliklə, sentyabrın 24-də Macarıstanın paytaxtı Buxarestdəki "Puşkaş Arena"da "Bavariya" və "Sevilya" arasında UEFA Super Kuboku uğrunda oyun keçiriləcək. 
"Bavariya" daha əvvəl 1974, 1975, 1976, 2001 və 2013-cü illərdə Çempionlar Liqasını qazanıb.

Oxşar xəbərlər

"Bavariya" finalda PSJ-yə rəqib oldu
Çempionlar Liqasında həftənin oyunçusu bəlli olub
"Barselona"nın sabiq qapıçısı İspaniya klubunun baş məşqçisi oldu
Çempionlar Liqasının finalı İstanbuldan alına bilər
Avrokuboklar bu tarixdə başlayacaq
UEFA Azərbaycan təmsilçisini Çempionlar Liqasından məhrum etməyəcək - RƏSMİ
“Qarabağ”ın yeni mövqeyi
Azərbaycan “Qarabağ”ı gözləyir - UEFA reytinqində
ÇL: "İnter" darmadağınla finalda "Sevilya"ya rəqib oldu
"Qarabağ" UEFA Çempionlar Liqasında mübarizəyə başlayır
Messinin "Barselona"dan ayrılma səbəbləri
"Qarabağ"ın rəqibi Bakıya yollandı
Messi “Barselona”nı tərk etmək barədə qərar verdi
“Qarabağ“ın növbəti oyununu qazaxıstanlı hakimlər idarə edəcək
UEFA Millətlər Liqası ləğv olunmayacaq
“Qarabağ” qələbəsinə görə yarım milyon avro qazandı
Bu uşaq "Qarabağ" - "Sevilya" matçından əvvəl etdiyi hərəkəti ilə gündəm oldu
ÇL-in finalı İstanbuldan alınır - Sensasion iddia
Millimizin toplanışa başlayacağı vaxt açıqlandı
Ronaldu “Yuventus”u tərk edə bilər
19 yaşlı hücumçu Çempionlar Liqasında həftənin yaxşısı seçildi
Son 10 ildə ən yaxşı penalti vuran futbolçular - ADLAR
Mourinyo Premyer Liqaya qayıda bilər
ÇL oyunundan əvvəl spirtli içki qadağası
İngiltərə Premyer Liqasının oyunları 90 dəqiqədən az oynanıla bilər
Moskva “Spartak”ından Qurban Qurbanova təklif?
Azərbaycanda bir komandada ən çox qol vuran futbolçu kimdir?
Lopeteqi "Qarabağ"ın futbolçuları ilə görüşdü
Stadiona Ronaldunun adını verəcəklər
“Qarabağ”ın oyununda erməni təxribatı