Diaspor Komitəsindən verilən məlumata görə, Porvoo şəhərində keçirilən yeniyetmələr arasında güləş üzrə ölkə çempionatında 11 yaşlı azərbaycanlı Sura Mirac Abbassoy birinci yer tutub.
Qızlar arasında 39 kq çəki dərəcəsində mübarizə aparan Abbassoy keçirdiyi bütün görüşlərdə üstünlük qazanıb.
Final görüşünü 8:4 hesabı ilə başa vuran soydaşımız Finlandiya çempionu tituluna layiq görülüb.
Bundan öncə Abbassoy İsveçdə keçirilən “Umea Wrestling Battle” Avropa turnirində uğurla çıxış edib. Həmin turnirdə II yeri tutaraq gümüş medal qazanıb.
