Bu gün Türkiyənin İstanbul şəhərində MMA üzrə turnir keçirilib. 
Yusif Döyüş Çempionatının (YFC-9) təşkil etdiyi yarışlarda azərbaycanlı qadın döyüşcü Gözəl Zutova da qüvvəsini sınayıb.
Təmsilçimiz erməni idmançı Nare Margarosyanla qarşılaşıb. Zutova rəqibini 10 saniyəyə nokaut edib. 
Döyüşün videosunu tezliklə saytımızda paylaşacağıq.