Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start veriləcək.
İlk oyun günündə 2 qarşılaşma baş tutacaq.
Günün ilk görüşü "Qarabağ" və kubokun son qalibi "Keşlə" arasında olacaq. Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq matç saat 17:30-da başlayacaq. Oyunu Vüqar Həsənli idarə edəcək.
"Qarabağ" və "Keşlə"nin ölkə kubokunda yolu indiyədək 6 dəfə kəsişib. İki komanda arasında baş tutmuş 11 görüşün 7-də "köhlən atlar", 2-də paytaxt təmsilçisi qələbə qazanıb. 2 qarşılaşma heç-heçə başa çatıb. Topların nisbəti də Qurban Qurbanovun baş məşqçi olduğu kollektivin xeyrinədir - 15:7. Son 4 dueldən qalib ayrılan "Qarabağ” 7 oyundur rəqibinə uduzmur. "Keşlə” sonuncu dəfə 14 il əvvəl qalib gəlib.
Günün digər oyununda "Neftçi" "Bakcell Arena"da "Sabah"ı qəbul edəcək. Saat 19:45-də başlayacaq görüşün baş hakimi FIFA referisi Əliyar Ağayev olacaq. Komandalar bunadək Azərbaycan Kubokunda üz-üzə gəlməyiblər.
Azərbaycan Kuboku
1/4 final, ilk oyunlar
1 fevral (çərşənbə axşamı)
17:30. "Qarabağ” – "Keşlə”
Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Cəmil Quliyev, Rauf Allahverdiyev
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: İlham Əliyev
Tofiq Bəhramov adına Respublika Stadionu.
19:45. "Neftçi” – "Sabah”
Hakimlər: Əliyar Ağayev, Müslüm Əliyev, Kamran Bayramov, Kamranbəy Rəhimov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
"Bakcell Arena”.
Qeyd edək ki, 1/4 finalın ilk oyunlarına fevralın 2-də keçiriləcək "Zirə" - "Səbail" və "Sumqayıt" - "Qəbələ" matçları ilə yekun vurulacaq.
Azərbaycan Kubokunda 1/4 final mərhələsi start götürür
01
fevral
19:11

Qarabağ
OXŞAR XƏBƏRLƏR
AVRO-2020-də bu gün keçiriləcək OYUNLAR
“Qarabağ” və “Neftçi”nin hər iki matçının vaxtı AÇIQLANDI
Bakıdakı Dünya Kubokunda ikinci günə start verildi
Kipr futbol klubu Bakıya yola düşdü
Azərbaycan millisi səfərdə Moldovaya qarşı
Bu gün Avro-2020-də 1/8 final başlayır
Bu gün millimiz İrlandiyanı qəbul edəcək
"Sabah" "Sumqayıt"a, "Qəbələ" "Səbail"ə qarşı
Bu gün Bakıda AÇ-nin 1/4 final oyunu olacaq
“Qarabağ” “Neftçi”ni darmadağın etdi
"Qarabağ" - "Arsenal" matçının başlama saatı məlum oldu
"Neftçi" - "Qarabağ" oyununun vaxtı AÇIQLANDI
Bu gün daha 7 oyun keçiriləcək - Çempionlar Liqası
Final matçı üçün start heyətləri açıqlandı - Azərbaycan Kuboku
Avropa çempionatının final görüşü keçiriləcək
Bu gün İstanbulda derbi var: “Qalatasaray“ və “Fənərbağça“ üz-üzə gələcək
Bu gün "Real Madrid" və "Barselona" oyunu olacaq
İngiltərə Kubokunda heç-heçə bitən matçlar təkrarlanmayacaq
“Qarabağ” 450-ci qələbəsini qazandı
Bu gün El-Klasiko olacaq
Daha bir azərbaycanlı baş məşqçi koronavirusa yoluxdu
“Qarabağ“ın növbəti oyununu qazaxıstanlı hakimlər idarə edəcək
"Qarabağ" UEFA Çempionlar Liqasında mübarizəyə başlayır
"Neftçi" "Qarabağ"la xal fərqini azaldıb
Azərbaycan güləşçisi ermənini məğlub etdi
"Qarabağ" "Qəbələ" ilə heç-heçə edib
Güləşçilərimiz dünya çempionatının yarımfinalında
Rafael Ağayev ilk gümüş medalını qazandı - YENİLƏNİB
"Qarabağ" Serbiya təmsilçisinə məğlub oldu
"Sabah"dan ilk qələbə, "Keşlə" uddu
- Şokoladdan imtina orqanizmə necə təsir edir?
- Bred Pittin oğlu onu tənqid etdi - FOTO
- Azad edilmiş ərazilərdə aşkarlanan minaların sayı açıqlandı
- Qəhvənin gözlənilməz FAYDALARI
- Ağız qoxusu bu xəstəliklərin ilkin əlaməti ola bilər
- Badamdar sakinindən iddia: Sürüşmə zonasındakı məktəb hər an uça bilər (FOTO/VİDEO)
- Bütün günü yuxulusunuz? – DİQQƏTLƏ OXUYUN
- Azərbaycanda orta və yaşlı əhali PEYVƏND OLUNACAQ
- Azərbaycanda orta və yaşlı əhali peyvənd olunacaq
- Dönərxanalardakı növbəti yoxlamaların nəticələri açıqlandı
- Xəyanətə meylli 3 BÜRC
- İlham Əliyev və Paşinyanın görüşü barədə razılıq yoxdur
- Dənizə düşən şəxs belə xilas edildi - ANBAAN VİDEO
- Gizli kameraları necə aşkarlamaq olar... - VİDEO
- Hindistanın Baş naziri qırıcı təyyarə ilə səmaya qalxdı
- Ermənistanla Səudiyyə Ərəbistanı arasında diplomatik əlaqələr qurulub
- Pakistanda ticarət mərkəzində yanğın olub, 11 nəfər ölüb
- Sumqayıtda anasının imtina etdiyi körpə xəstəxanada ölüb
- Avropada koronavirusa yoluxma və ölüm halları azalıb
- Soyuqda smartfonunuzun donmasının SƏBƏBLƏRİ VƏ HƏLLƏRİ
- AZAL rekord sayda endirimli aviabiletlər satışa çıxarıb
- Orban: "ABŞ demokratları öz maraqlarını bəşəri dəyərlər kimi təqdim edirlər"
- Seren Serengil Hadisəyə görə 2 il 11 ay həbs oluna bilər
- Fransa liqasında yenilik