Fransa oyundan əvvəl türklərdən xahiş etdi
14-10-2019, 16:00
10 245

Fransa oyundan əvvəl türklərdən xahiş etdi

Xəbər verdiyimiz kimi, futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsində Fransa-Türkiyə qarşılaşması baş tutacaq. 
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, görüş öncəsi Fransa Futbol Federasiyasının prezidenti Noel Le Qret açıqlamaları ilə diqqət çəkib. Qret ilk olaraq Türkiyə Futbol Federasiyası ilə baş tutan görüş və qarşıya qoyulan tələblərdən danışıb:
"Oyunçular bu kimi bənzər durumlara alışıblar. İlk matçda da türk tərəfdarların qarşısında oynamışdıq. Bütün matç ərzində türk azarkeşlər tərəfindən fitə basıldıq.  Dövlət himnimiz də onun kimi... Ancaq düşünürəm ki, "Stade de France"da işlər yaxşı gedəcək. Əlbətdə asan olmayacaq. Çünki, türk tərəfdarlar sayca çox olacaq. Onlardan tək istəyimiz, milli Marşımız oxunarkən fit çalmasınlar.  Əgər, tribunalardan fit səsləri yüksəlsə himnimizin səsini daha çox açacağıq. Bundan əlavə matçdan əvvəl Türkcə anonslar ediləcək və xahişimiz çatdırılacaq". 
Fransa Futbol Federasiyası prezidenti stadionda 600 polis və 1400 təhlükəsizlik işçisinin olacağını xatırladıb. 
 Le Qret bundan əlavə stadionda xarici işlər naziri Jean-Yves Le Drian, İdman Naziri Roksana Maracineanunun olacağını, Türkiyədən isə Ədliyyə naziri Abdulhamit Gül ilə Gənclər və İdman Naziri Mehmet Kasapoğlunun iştirak edəcəyini açıqlayıb.
Noel Le Qret Türkiyənin "Barış Pınarı" Hərəkatıyla bağlı suala da cavab verib:  
"Bu bir futbol matçıdır. Məncə elə də keçəcək. Hər iki komanda  iddialı və yaxşı futbol oynayır. Bu mövzuda heç bir narahatlığım yoxdur. Hər cür təxribata qarşı əlavə təhlükəsizlik tədbirləri alınıb".

Oxşar xəbərlər

Dünya çempionu koronavirusa yoluxdu
Fransa klubunda koronavirusa yoluxanların sayı artıb
Türklərdən növbəti əsgər salamı – Bu dəfə Parisdə
Koronavirusa görə futbolçulara danışmaq qadağan ediləcək
Fransa vətəndaşları bu gündən Aİ ölkələrinə səyahət edə biləcəklər
Kriştiano Ronaldo həvəskar futbola ianələrin təşəbbüskarıdır
Fransa Rusiyanı "böyük yeddilik"də görmək istəmir
Fransa Prezidenti Emmanuel Makron Prezident İlham Əliyevə telefonla zəng edib
Tarixi qərar: Futbolda beş əvəzetməyə icazə verildi
Ələddin Çakıcı Azərbaycan rəhbərliyinə və xalqına təşəkkür etdi
Tiaqo Silva iyulda PSJ-dən ayrılacaq
Fransa millisinin Azərbaycanla oyuna gətiriləcək heyəti açıqlanıb
Putinlə 6 saatlıq görüş: Ərdoğan tarixi razılaşmanı açıqladı
Avropa Liqasında gecənin bütün nəticələri: "Beşiktaş" son saniyələrdə...
Ərdoğanın bu hərəkəti gündəm oldu
Türkiyə Super Liqasında oyunlar tamaşaçısız keçiriləcək
Suriyada türk əsgəri şəhid oldu
FIFA futbol vətəndaşlığı ilə bağlı qaydaları dəyişir
Futbol üzrə İngiltərə çempionatı Avstraliyada başa çatdırıla bilər
Nazarbayev Bakıda fəxri sədr seçiləcək
ÇL oyunundan əvvəl spirtli içki qadağası
Fransa prezidenti Lukaşenko əlehinə aksiyaları dəstəklədi
Soçidə Putinlə Ərdoğanın görüşü başladı
İngiltərə Kubokunda heç-heçə bitən matçlar təkrarlanmayacaq
Koronavirusa kütləvi yoluxma - Türkiyə klubunda
Pandemiya İtaliya futboluna ağır zərbə vuracaq: 800 milyon...
Məşhur futbolçuda koronavirus aşkarlanıb
UEFA Azərbaycan təmsilçisini Çempionlar Liqasından məhrum etməyəcək - RƏSMİ
UEFA: "Bu vəziyyətdə futbol oynamaq mümkün deyil"
Türkiyə futbolu təcriddən çıxır- QƏRAR