Azərbaycan polisindən Neftçi-Qalatarasay oyunu haqda açıqlama
15-09-2020, 14:56
153

Azərbaycan polisindən Neftçi-Qalatarasay oyunu haqda açıqlama

Sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Neftçi" - "Qalatasaray" (Türkiyə) oyunu azarkeşsiz keçiriləcək. Yenisabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Məlumatda daha sonra bildirilir:
“Hər iki komandanın ölkəmizdə çox sayda azarkeşinin olması nəzərə alınaraq, bir daha bildiririk ki, COVİD-19 pandemiyası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi qaydalara riayət olunması vacibdir. "Qalatasaray" komandasının Bakıya gəlişi zamanı hava limanında, komandanın qalacağı otelin qarşısında, məşq edəcəyi və oyunun keçiriləcəyi stadionun ətrafında, eləcə də digər müvafiq məkanlarda azarkeşlərin kütləvi toplaşması yolverilməzdir.
DİN, AFFA və "Neftçi" PFK koronavirusa yoluxma hallarının artım riskini nəzərə alaraq, azarkeşləri Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi qaydalara riayət etməyə çağırır.
Azarkeşlər sevimli komandalarına çatdırmaq istədikləri mesajları videoya çəkərək CBC Sport televiziya kanalına göndərə bilər. Həmin videomesajlar CBC Sport-da, həmçinin oyun günü Bakı Olimpiya Stadionunun monitorlarında nümayiş etdiriləcək”.

Oxşar xəbərlər

DİN "Neftçi" - "Qalatasaray" qarşılaşması ilə bağlı vətəndaşlara müraciət edib
“Qalatasaray“ sabah Bakıya gələcək
"Neftçi" - "Qalatasaray" matçında tribunalar belə olacaq - Fotolar
Operativ Qərargah vətəndaşlara müraciət edib
AFFA Gənclər Liqasının bərpa tarixini açıqladı
Azərbaycana giriş-çıxış və yerli hava uçuşları DAYANDIRILDI
 Azərbaycanda karantin rejimi yumşaldılır - HANSI QADAĞALAR GÖTÜRÜLDÜ?
Bugün Operativ Qərargahın brifinq keçiriləcək
“Qalatasaray” klubu Bakıya gəlib - FOTOSESSİYA
Sabahdan məhkəmələrin fəaliyyəti tam bərpa olunur
TƏBİB-dən karantin günlərində toyların keçirilməsi ilə bağlı açıqlama
Fatih Terim "Neftçi" ilə oyun haqda danışıb
Restoranlarda xidmət tam bərpa edilir
Metronun açılmasıyla bağlı qərar verildi, bu tarixdən... - RƏSMİ
Bu şəxslərin metroda işləməsi qadağandır - RƏSMİ
Yumşalmaya getdiyimiz üçün artmalar gözləniləndir - AÇIQLAMA
Kafe və restoranlar gecə saat 12-ə qədər işləyəcək
Azərbaycanda karantin rejimi bu tarixədək UZADILDI - RƏSMİ
"Neftçi" "Qarabağ"la xal fərqini azaldıb
Bakı, Sumqayıt və Abşeronda bağçalar nə vaxt açılacaq? - Operativ Qərargah
Bakıda birgə reydlər keçirilir
Azərbaycanda məhkəmə proseslərinin əksəriyyəti yenidən təxirə salındı
Kafe və restoranlar açılmalıdır — Rəsmi açıqlama
Baş infeksionistdən vətəndaşlara kafe və restoranlarla bağlı müraciət
298 Azərbaycan vətəndaşı ölkəyə qayıtdı
Nazirlər Kabineti rəsmisi həyəcan təbili çalır: “Yoluxma yenidən artır”
Elçin Babayevlə yayılan məlumatlar həqiqəti əks etdirmir:BDU-dan AÇIQLAMA
3 uşaq koronavirusa yoluxub – Azərbaycanda
Azərbaycanda din xadimi həbs edildi
Nazirlər Kabineti yanında Operativ Qərargah brifinq keçirir - Canlı yayım