“Qalatasaray“ sabah Bakıya gələcək
15-09-2020, 15:20
268

“Qalatasaray“ sabah Bakıya gələcək

"Neftçi"nin Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi olan "Qalatasaray" Bakıya 45 nəfərlik nümayəndə heyəti ilə gələcək.
Gündəlik Bakı xəbər verir ki, heyətdəkilərdən 23-ü futbolçudur. Həmin oyunçular adları UEFA-ya sifariş edilənlərdən ibarətdir.
Qalan 22 nəfər arasında İstanbul təmsilçisinin prezidenti Mustafa Cengiz olmayacaq. Əvəzində klubun vitse-prezidenti Abdurrahim Albayrak nümayəndə heyətinin tərkibində yer alıb.
Sentyabrın 16-da çarter reysli təyyarə ilə Bakıya yola düşəcək "Qalatasaray" təqribən saat 15 radələrində Heydər Əliyev adına Beynəlxalq Aeroportunda olacaq.
Sportinfo xatırladır ki, saat 18:00-da baş məşqçi Fatih Terim oyunun keçiriləcəyi Bakı Olimpiya Stadionunda media önünə çıxacaq. Bundan yarım saat sonra "sarı-qırmızılar"ın ilk 15 dəqiqəsi mətbuat üçün açıq olan məşqi başlayacaq.
Sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Neftçi" - "Qalatasaray" oyunu saat 20:00-da başlayacaq.

Oxşar xəbərlər

"Neftçi" - "Qalatasaray" matçında tribunalar belə olacaq - Fotolar
“Qalatasaray” klubu Bakıya gəlib - FOTOSESSİYA
Azərbaycan polisindən Neftçi-Qalatarasay oyunu haqda açıqlama
DİN "Neftçi" - "Qalatasaray" qarşılaşması ilə bağlı vətəndaşlara müraciət edib
Fatih Terim "Neftçi" ilə oyun haqda danışıb
"Qarabağ"ın rəqibi Bakıya yollandı
“Qarabağ“ın növbəti oyununu qazaxıstanlı hakimlər idarə edəcək
Real" səhifəsindən Azərbaycan dilində paylaşım
Çempionlar Liqasının finalı İstanbuldan alına bilər
"Qalatasaray"ın sabiq baş məşqçisi "Yuventus"da
Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb
Sahibə Qafarova spiker kimi ilk rəsmi səfəri Türkiyəyə edəcək
Metronun açılmasıyla bağlı qərar verildi, bu tarixdən... - RƏSMİ
Əmrə Belözoğlu futbolçu karyerasını bitirib
Millimizin toplanışa başlayacağı vaxt açıqlandı
"Qarabağ" UEFA Çempionlar Liqasında mübarizəyə başlayır
Avropa Liqası: Bu gün növbəti finalçı müəyyənləşəcək
“Qarabağ” – APOEL matçına nə qədər bilet satılıb?
“Qarabağ”ın yeni mövqeyi
Kim Çen Inn müavinini Bakıya göndərdi
ÇL oyunundan əvvəl spirtli içki qadağası
Trampın köməkçisi təcili Türkiyəyə gəldi - Bu səbəbə görə
Hərbçilərimiz Moskvaya yola düşdü
Avrokuboklar bu tarixdə başlayacaq
Bu gün payız Azərbaycana daxil olur
"Beşiktaş"da yeni prezident
UEFA-dan "Qarabağ"a 1 milyon 140 min, “Neftçi”yə 780 min avro
Çindən daha bir yük qatarı Azərbaycana yola salındı
UEFA Azərbaycan klublarına pul ödədi
Üç dünya çempionatının ev sahibi məlum oldu