14 yaşında dünya çempionu olan şahmatçımız Aydıngildən REPORTAJ
15-10-2019, 12:00
10 266

14 yaşında dünya çempionu olan şahmatçımız Aydıngildən REPORTAJ

Təcrübəli qrossmeyster Teymur Rəcəbovun Şahmat üzrə Dünya Kubokunu əldə etməsinin sevincini sonlandırmamış  14 yaşlı Aydın Süleymanlının yeniyetmələr arasında şahmat üzrə dünya çempionatındakı qələbəsi ölkəmizi ikiqat sevindirdi. 
Milli.Az bildirir ki, "Qafqazinfo" dünya çempionunun yaşadığı evə baş çəkib həm təbrik edib, həm də sevincini bölüşüb.
O isə həyəcanla ilk dəfə dünya çempionu olduğunu və həmin an çox sevindiyini ifadə etdi:
"Sonuncu dəfə bu nailiyyəti 2015-ci ildə qazanmışıq. 4 illik böyük bir aradan sonra kuboku Azərbaycana gətirdim".
Aydıngilin evi başdan ayağa onun diplomları, medalları və kuboklarla bəzədilib. Qalib gəldiyi yarışların sayını itirən şahmatçımız 50-dən çox medalının olduğunu dedi:
"2 qat Avropa, 2 qat Azərbaycan, Dünya çempionatının üçüncüsü olmuşdum, son olaraq da Dünya çempionu adını qazana bildim. 
5 yaşımda bağçaya gedəndə şahmat dərnəyi var idi. Ora yazıldım və ondan sonra marağım yaranmağa başladı. Evdəkilər məndə bu marağı görüb şahmata yazdırdı".
O, hazırda 249 saylı tam orta məktəbin 9-cu sinif şagirdidir. Şahmatla yanaşı dərslərini də yaxşı oxuyan Aydının dəqiq fənlərə marağı var:
"Gün ərzində 6-7 saat şahmatla məşğul oluram. Onun bir hissəsi müəllimlə, bir hissəsi evdə təkbaşına keçir. Buna baxmayaraq dərslərimi də çatdırmağa çalışıram. Təbii ki, elə də asan olmur. Qiymətlərim yaxşıdır.
Çox təbrik aldım. Ancaq mənə ən çox motivasiya verən Prezidentimizin və Birinci vitse-prezidentimizin təbrikləri oldu. Onların məni izlədiyini bilmək çox qürurvericidir".
Keçirdiyi 11 oyunun 7-də qələbə qazanan həmyerlimizi izləyənlər və sonradan təbrik edənlər arasında Şəhriyar Məmmədyarov da olub. Dünyanın ən güclü şahmatçılarından birinin onun oyununu əsl ağsaqqal şahmatı adlandırması çempionumuzu çox sevindirib:
"Şəhriyar Məmmədyarovun təbriki mənimçün gözlənilməz oldu. Dünyanın ən güclü 10 şahmatçısından birinin məni təbrik etməsi sevindiricidir. Ümid edirəm ki, gələcəkdə onun kimi güclü şahmatçı ola bilərəm. Teymur Rəcəbovun bütün oyunlarını izləmişəm. Onun da qalibiyyəti bizi çox sevindirdi. Hədəfim elit qrossmeyster olub şahmat tacını Azərbaycana gətirməkdir".
Aydının atası Elşən Süleymanov oğlunun qalib olduğu dəqiqələrdə sevincdən kövrəldiyini deyir:
"Aydının uşaqlıqdan şahmata marağı var, ona görə tezliklə nəticə əldə edəcəyini gözləyirdik. Gözləmədiyim şey ölkə başçısının və birinci xanımın təbriki idi. Bu, bizi daha da ruhlandırdı. Ailəmizdə başqa şahmatla maraqlanan olmasa da, babası Aydın Süleymanov fizika-riyaziyyat elmləri namizədi, alim olub. Yəqin ki, gendən keçmədir. Övladımın gələcəyini parlaq görürəm.
Həmin an insan istər-istəməz kövrəlir. Övladın uğuru valideyn üçün fəxrdir. Bütün valideynlərə həyatda övladın uğurunu görməyi arzulayıram".

Oxşar xəbərlər

Mehriban Əliyeva şahmatçı Aydın Süleymanlını təbrik edib
Prezident İlham Əliyev Aydın Süleymanlını təbrik etdi
Prezident İlham Əliyev Teymur Rəcəbovu təbrik edib
Dünya çempionu koronavirusa yoluxdu
Qələbəsi Teymura 110 min dollar qazandırdı
Dünya çempionundan yataq pozu - FOTO
Rusiyada azərbaycanlı çempion öldürüldü
Olimpiya çempionu koronavirusa yoluxub? - FOTO
İsveçrə dünya çempionatını təxirə salmaqdan imtina etdi
Əməkdar məşqçi həbs olundu - Qətl ittihamı ilə
Milli Gimnastika Arenasında bədii gimnastika üzrə dünya çempionatının çoxnövçülük üzrə finalı davam edir
Avropa çempionunun dizləri sındı
Makqreqor Nurməhəmmədov üçün dua etdi
Maqnus Karlsen 75 min dollar qazanıb
Mikayıl Cabbarov Dünya Bankının regional direktoru ilə görüşdü
Bakıda qadın sürücü 6 qat dünya çempionu olan polisi xəstəxanalıq etdi — FOTO
Klublararası dünya çempionatının keçiriləcəyi ölkə bilindi - Yeni formatda
Üç dünya çempionatının ev sahibi məlum oldu
Cüdo komandamız dünya çempionatının finalına yüksəldi - tarixində ilk dəfə...
Rafael Ağayevə yeni vəzifə verildi
"Əvvəl Türkiyədə, sonra Azərbaycanda karantində qalmalıyam"
Veronika Qudis Dünya Çempionatında lentlə hərəkətləri Müslüm Maqomayevin kompozisiya ilə təqdim etdi
53 yaşlı Mayk Tayson sürəti ilə heyrətləndirdi - VİDEO
"Nyukasl" Spalettini dəvət edə bilər
"Barselona"nın sabiq qapıçısı İspaniya klubunun baş məşqçisi oldu
İdmançımız Avropa çempionu oldu
Şahmatçımız erməni rəqibini məğlub ETDİ
Dünya enerji bazarını alt-üst edəcək kəşf: Çin inqilabı başlayır
“Dünya dağılır, bunlar deyir ki, Həbib döyüşsün”
Daha dəhşətli bəla gəlir, yüzmilyonlar öləcək