"Mançester Yunayted" yeni transfer etdiyi Lisandro Martineslə müqavilə imzalayıb.
Bu barədə klubun saytı məlumat yayıb. 
Daha əvvəl  "Ayaks"da oynamış 24 yaşlı müdafiəçi "Mançester Yunayted"də 5 illik müqaviləyə qol çəkib. 
Daha əvvəl məlum olmuşdu ki, argentinalı futbolçunun transferi "Mançester Yunayted"ə 67 milyon avroya başa gəlib.
Qeyd edək ki, Lisandro ötən mövsüm "Ayaks"ın heyətində bütün turnirlərdə 36 oyunda cəmi 1 qol vurub.