"Neftçi" - "Qalatasaray" oyununda TƏXRİBAT?
22-09-2020, 14:54
59

"Neftçi" - "Qalatasaray" oyununda TƏXRİBAT?

Avropa Liqasının II mərhələsində Bakıda keçirilən "Neftçi" - "Qalatasaray" oyununda təxribat olub.
Fanat.Az-ın araşdırmasına görə, matçın keçirildiyi Bakı Olimpiya Stadionunda oyundan əvvəl erməni musiqisi səsləndirilib. Dinləyənlər milli musiqi hesab etsələr də, əslində bu mahnının erməni bəstəkarının əsəri olduğu məlum olub. 
 
Bir müddət əvvəl Azərbaycanda bu musiqi Fikrət Əmirovun əsəri kimi təqdim olunsa da, daha sonra bunun belə olmadığı aşkarlanmışdı.
Belə ki, 2017-ci ildə Azərbaycanda dərs ilinin başlanması ilə əlaqədar Masazırda yerləşən 3 saylı orta məktəbdə təşkil olunmuş tədbirdə şagirdlər sözügedən musiqi sədaları altında xüsusi rəqs kompozisiyası təqdim ediblər. Məktəb rəhbərliyinə etiraz edilməsi zamanı, mahnının Fikrət Əmirovun "Qarabağ mirvarisi” adlı əsəri olduğu iddia olunub, lakin Azərbaycan Milli Konservatoriyasının rektoru Səyavuş Kərimi və bəstəkarın oğlu Cəmil Əmirov, Fikrət Əmirovun belə bir əsərinin olmadığını və iddianın yalan olduğunu bildiriblər.
Bəs görəsən, indiyə qədər heç bir oyunda və stadionda səsləndirilməyən bu mahnı məhz Türkiyə klubu ilə qarşılaşmada kimin zövqü və tələbi ilə "playlist"ə əlavə olunub? 
Düzdür, futbol siyasətə qarışmır deyilsə də, bu idman növü çoxdan siyasətə qarışıb.  "Qarabağ"a qarşı  beynəlxalq arenalarda baş verənlər buna sübutdu.  Elə bu oyun da hər iki ölkənin rəhbərliyi səviyyəsində diqqətdə idi. Hətta, AFFA UEFA-dakı  nüfuzundan istifadə edərək hər iki ölkənin liderlərinin qardaşlıq mesajlarını stadionda nümayiş etdirdi. 
Son zamanlar iki qardaş ölkənin verdiyi siyasi mesajlar ölkə xaricində olduğu kimi, daxildə də bəzilərini narahat edir. Məhz bu səbəbdən bu olayın təxribat olmasına şübhə etmirik. İnanırıq ki, aidiyyatı  qurumlar məsələnin əsl mahiyyətini üzə çıxaracaq və günahkarlar cəzalandırılacaq. 
Digər üzücü məqam da odur ki, oyundan 4 gün keçməsinə baxmayaraq "Neftçi" tərəfi  hələ də susur. 
Səbəb və həqiqəti öyrənmək üçün  "Neftçi"nin mətbuat katibi Rüstəm Allahverdiyevlə danışdıq: "Stadionda səslənən "playlist"i biz verməmişik."Neftçi" yalnız komandalar çıxanda hansı musiqi verilməlidir, onu stadiona təqdim edib. Mən onu heç eşitməmişəm. Bizim uşaqların da xəbəri yoxdur. Çünki hamı iş başında idi"
Qeyd edək ki, musiqinin səslənmə anından videogörüntü var.  
Məsələni diqqətdə saxlayacağıq...

Oxşar xəbərlər

Belçika şirkəti “Kor ərəbin mahnısı” əsərinin mənimsənilməsini etiraf edib
“Pulla diplom alıb, not bilmir, amma universitetdə dərs deyir” - Əməkdar artist
"Neftçi" - "Qalatasaray" matçında tribunalar belə olacaq - Fotolar
“Qalatasaray“ sabah Bakıya gələcək
Bu gün Azərbaycanda Milli Musiqi Günü qeyd edilir - VİDEO
“Qalatasaray” klubu Bakıya gəlib - FOTOSESSİYA
“Qarabağ”ın oyununda erməni təxribatı
Azərbaycan polisindən Neftçi-Qalatarasay oyunu haqda açıqlama
Muğam Mərkəzində Milli musiqi gününə həsr olunmuş tədbir keçirilib
Almaniya qəzeti Lüksemburqda keçirilən futbol matçındakı erməni təxribatından yazır
DİN "Neftçi" - "Qalatasaray" qarşılaşması ilə bağlı vətəndaşlara müraciət edib
Fatih Terim "Neftçi" ilə oyun haqda danışıb
Vüqar Biləcərinin sonuncu əsəri... – Özü də dinləyə bilməyib!(VİDEO)
Azərbaycanda orta məktəb bağlandı
Lüksemburqun idman naziri "Qarabağ"dan üzr istədi
İlham Əliyevdən Fikrət Qoca ilə bağlı SƏRƏNCAM
SOCAR-da qruplar arası savaş - Vasif Əmirov vitse prezidentlik yolunda...
Ramiz Mehdiyev kürəkəninin polkovnik qardaşına AMEA-da yüksək vəzifə verdi
Dağlıq Qarabağla bağlı daha bir qalmaqallı xəritə - Təxribat, yoxsa...
Moskvadakı ermənilər Şuşadakı muzeyə 300 rəsm əsəri hədiyyə edib
UEFA-dan "Qarabağ"a 1 milyon 140 min, “Neftçi”yə 780 min avro
"Neftçi" "Qarabağ"la xal fərqini azaldıb
“2” alan şagirdlər yuxarı sinfə keçirilməyəcək
AFFA onları cəzalandırdı
Fateh Sultan Mehmetin 540 il tarixi olan portreti İstanbula gətirilib
ABŞ-da lentə alınan bu film 2019-cu ilin ən gəlirli ekran əsəri oldu
Emin Ağalarov “Jara-2020”nin taleyinə aydınlıq gətirdi
Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə "Instagram" da paylaşım edib
Muğam mərkəzində pulsuz konsert olacaq - Bütün musiqisevərlər dəvətlidir
DİM: Bəzi ixtisaslara qabiliyyət imtahanları keçirilməyəcək - Diqqət!