"Sumqayıt"ın yeni baş məşqçisi müəyyənləşib.
Klubun rəsmi saytı xəbər verir ki, komandanı Samir Abasov çalışdıracaq.
O, bu vəzifədə bir neçə gün əvvəl istefaya göndərilən Aleksey Baqanı əvəzləyib. Abasovla 2024/25 mövsümünün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, Samir Abasov 2015 - 2018-ci illərdə də "Sumqayıt"ı çalışıdırıb.