Səbinə Əzimova Avropa birinciliyində bürünc qazandı
21-10-2019, 09:00
9 539

Səbinə Əzimova Avropa birinciliyində bürünc qazandı

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir.
Azərbaycan Ağır Atletika Federasiyasının mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, 2020-ci il Tokio Olimpiya Oyunlarına lisenziya xarakterli olan bu yarışda 41 ölkədən 488 atlet (206 qadın və 282 kişi) iştirak edir.
Medallar uğrunda mübarizəyə Azərbaycan yığma komandasının üzvləri də qoşulurlar.
Bu gün onlardan daha biri - Səbinə Əzimova körpücük üzərinə çıxıb. O, yaşı 20-yə qədər olan atletlərin 55 kq çəki dərəcəsində qüvvəsini sınayıb. İdmançımız birdən qaldırma hərəkətində 80 kq nəticə ilə 5-ci olub.
Səbinə təkanla qaldırma hərəkətində daha yaxşı çıxış edib. O, 105 kq nəticə ilə bu hərəkətdə Avropa birinciliyinin bürünc medalına sahib çıxıb.
Yeniyetmələr arasında Avropa birinciliyinin üç qat qalibi olan Əzimova, ötən il Polşanın Zamots şəhərində keçirilən gənclər arasında Avropa birinciliyində 100 kq nəticə ilə təkanla qaldırma hərəkətində gümüş medal qazanmışdı. Bu gün əldə edilən medal gənc ağır atletimizin son bir ildə ikinci medalı oldu.
Toplam 185 kq (80+105) nəticə ilə Səbinə Əzimova yekun sıralamada 4-cü yeri tutub.

Oxşar xəbərlər

Cüdo komandamız dünya çempionatının finalına yüksəldi - tarixində ilk dəfə...
Azərbaycan Tokio-2020-yə daha 2 lisenziya QAZANDI
İdmançımız Avropa çempionu oldu
Avropa çempionunun dizləri sındı
UEFA Avropa çempionatlarını təxirə saldı
"Bavariya" Çempionlar Liqasının 6 qat qalibi oldu
Avropa İttifaqı liderləri Belarusla bağlı konfrans keçirəcəklər
Üç dünya çempionatının ev sahibi məlum oldu
Altı ölkə Aİ-nin Rusiyaya qarşı sanksiyalarına qoşulub
XƏBƏRDARLIQ: Avropanın iqtisadiyyatı çökə bilər
Putin Avropa İttifaqı Şurasının rəhbəri ilə danışıb
“Qarabağ” qələbəsinə görə yarım milyon avro qazandı
Avropa İttifaqı “qara siyahı” hazırlayır - Belarusa sanksiyalar tətbiq olunacaq
Tramp qadağanı ləğv edir - Avropa Birliyindən olan tələbələr ABŞ-a gedə biləcəklər
Aİ Belarusdakı prezident seçkilərinin nəticələrini tanımadı
"Ombudsmana şans verilməsini istərdim" - Çingiz Qənizadə
ÜST: Avropada hər gün 26 mindən çox yoluxma halı qeydə alınır
ÇL: "İnter" darmadağınla finalda "Sevilya"ya rəqib oldu
Avropa Liqası: Bu gün növbəti finalçı müəyyənləşəcək
Daha bir Avropa ölkəsi Türkiyəni dəstəklədiyini bəyan etdi
Ukraynada azərbaycanlı kriminal avtoritet öldürülüb
Fransa prezidenti Lukaşenko əlehinə aksiyaları dəstəklədi
Karantini pozaraq toplantıda iştirak edən avrokomissar istefa verdi
Bakıda müəllim dənizdə batan ana və qızını xilas etdi
Koronavirusla əlaqədar Avropanın sərdhədləri yaya qədər bağlı qala bilər
Aİ Aleksey Navalnı ilə bağlı vəziyyətin araşdırılmasını istəyir
“Brexit”in baş verəcəyi üçün kədərlənirəm” - Avropa Komissiyasının Prezidenti
Putin Avropa liderlərinə Belarusu əldən verməyəcəyini açıq şəkildə bildirib
Olimpiya çempionu koronavirusa yoluxub? - FOTO
Heydər Əliyev Aeroportu nüfuzlu mükafata layiq görüldü - FOTO